COP29-da sülh gündəliyi...
07.05.2024 [10:00]
Uzanan müharibələr, getdikcə daha ağır fəsadlara yol açan gərginliklər bugünkü dünyanın kədərli mənzərəsidir. Həmçinin ayrı-ayrı regionlarda yeni müharibələrin və risklərin, hətta nüvə təhdidlərinin anonsu edilir. Buna görə də indi dünya üçün bir növ seçim məqamıdır. Getdikcə daha aydın şəkildə dərk olunur ki, qarşıdurmalara son qoymaq və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu mənada, Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxşı fürsət ola bilər.
COP29 zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində deyib.
Nəşr xatırladır ki, dünyanın əksər ölkələri Yay və Qış Olimpiya Oyunları zamanı atəşkəs barədə razılığa gəlirlər. “Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”, - deyə H.Hacıyev bildirib.
Dünya tarixinə nəzər saldıqda görürük ki, bütün irimiqyaslı qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə əsaslanıb. Məsələn, Olimpiya hərəkatı ilə müharibə ideyaları bir-birinə tamam ziddir. Olimpiadalar zamanı hətta münaqişə şəraitində olan ölkələrin belə nümayəndələri idman yarışlarına çıxaraq qüvvələrini sınayırlar. Qalib mütləq qaydada rəqibinin əlini sıxır. Bu, sağlam mübarizədir və bütün dünyada barışıq yaratmağa xidmət edir. Eyni zamanda, qeyd olunduğu kimi, müxtəlif vaxtlarda baş tutan Olimpiadalar zamanı dünyanın ayrı-ayrı regionlarında müharibələrə ara verilib. Yeri gəlmişkən, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi edib. Həmin ərəfədə Prezident İlham Əliyev bütün müharibələrin dayandırılmasına çağırış etmişdi. İdmanın yer üzünün insanlarını birləşdirdiyini deyən Azərbaycan Prezidenti qeyd edib ki, Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır: “Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir. Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq”, - deyə dövlətimizin başçısı Davosda keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı mərasimindəki çıxışında vurğulayıb.
Ölkəmizin ev sahibliyi edəcəyi COP29 da əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən biri sayılır. Tədbirə qatılmaq üçün ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Eyni zamanda, tədbirdə iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubları göndərilib. Beləliklə, COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək. İqlim dəyişikliyi kimi aktual çağırışın müzakirə olunacaqı tədbir zamanı müharibələrin dayandırılması da mümkün və tam realdır. Əsas məqsəd və birgə hədəflərimiz dünyanı hər cəhətdən daha təhlükəsiz etmək olmalıdır.
Azərbaycan sülh gündəliyini irəli aparmaq üçün böyük səy göstərir
Azərbaycanın COP29 tədbiri ilə bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil. Dünyada sülhün zəruriliyini Azərbaycan qədər vacib sayan ölkələrin sayı çox azdır. Bu da onunla bağlıdır ki, ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində ölkəmiz böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan edilib, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız humanitar fəlakət yaşayıb.
Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Dünya tarixindən bəllidir ki, müharibədə qalib gələn ölkələr adətən qarşı tərəfə şərtlər diktə edirlər. Qalib Azərbaycan belə mövqedən çıxış etmədi. Ölkəmiz 44 günlük müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regonda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Ölkəmiz qardaş Türkiyə ilə birlikdə 3+3 platformasını irəli sürüb. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, regionun məsələrini həll etmək üçün bura kənar güclərin dəvət edilməsinə heç bir lüzum yoxdur, bu, reallıqda qarşıdurmaları daha da artırır. Azərbaycanın sülh gündəliyinə hər zaman sadiq qaldığına diqqət çəkən Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək. Fikirlərini yekunlaşdıran H.Hacıyev vurğulayıb: “Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər.
Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

