Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / ADMİU-da Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib

ADMİU-da Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib

06.03.2024 [16:22]

Martın 6-da Azərbaycan Gənclərinin İnkişafı Hərəkatının (AGİH) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ev sahibliyi ilə “Mədəniyyətimizdə bu gün” devizi altında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Görüşdə universitetin və təşkilatın rəhbərliyi, tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan moderator Həsrət Süleymanov qonağı salamlayıb, gənclərin görüş istəyini qəbul etdiyi üçün minnətdarlığını bildirib.

Gənclərin suallarını geniş şəkildə cavablandıran Xalq şairi Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının dünənindən, bu günündən danışıb, gənclərin ədəbiyyata marağının artırılması üçün atılmalı addımlardan bəhs edib.

Universitetin rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudovanın adından çıxış edən ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva qonağı salamlayaraq doğma təhsil ocağında görməkdən məmnunluğunu bildirib.

AGİH-in sədri Miri Mirəliyev gənclər adından çıxış edərək bu cür tədbirlərin gənclərin inkişafındakı rolundan bəhs edib. O, Sabir Rüstəmxanlı ilə görüşün gənclərin ən böyük istəklərindən biri olduğunu vurğulayaraq bu istəyi yerinə yetirdiyi üçün Xalq şairinə öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra S.Rüstəmxanlığının həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində musiqi nömrəsi təqdim olunub, tələbələr tərəfindən şairin şeirləri qiraət edilib.

Sual-cavab formasında davam edən görüşün sonunda millət vəkili, Xalq şairi S.Rüstəmxanlı öz kitablarını ADMİU-nun kitabxanasına hədiyyə edib.

Şahanə

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30