Divana döşəli Budda
10.03.2023 [10:37]
İvan Aleksandroviç Qonçarovun “Oblomov” romanı haqqında
Əvvəli ötən sayımızda...
İlahi sakitlik, ruhani dinclik, apatiya, nirvana - Oblomovun ali arzusu, şah diləyi, idealı budur.
Onun yaşamaq iradəsi minimum həddəcən enib, onu həyata quruca nəfəsdən, yemək-içməkdən başqa, demək olar, heç nə bağlamır. Maddi dünyanın verdiyi nəşələrin mənası, mahiyyəti, dəyəri ondan ötrü çoxdan əhəmiyyətini itirib, həyatın əlvan rəngləri onun gözündə çoxdan sönüb. Dünyəvi işlərdə Oblomovun bilmərrə əli yoxdur, təsərrüfatdan, alverdən başı çıxmır, bu məsələlərdə onu müdam aldadırlar. Ətalətdən, durğunluqdan, apatik ölümdən onu yalnız əziz dostu qurtara bilər. Onun sönük iradəsini yalnız həyat nəfəsiylə dolu Ştolts körükləyə bilər.
Andrey onu, nəhayət, evdən çıxarır, qəbullara, görüşlərə aparır, paslanmış mexanizmi yenidən hərəkətə gətirir. Günün birində dostu İlya İliçi Olqa İlyinskaya adlı gözəl, məlahətli qızla tanış eləyir. Soyadından göründüyü kimi, yazıçı bu qızın Oblomov üçün yarandığına, onun qisməti olduğuna işarə vurur. Ümumiyyətlə, romandakı, demək olar, bütün adlar-soyadlar həmin adı-soyadı daşıyan personajın xarakterindən doğur; məsələn, Ştolts alman dilində qürur, vüqar deməkdir.
Oblomov yavaş-yavaş gənc qıza aşiq olur. Sevgiylə bahəm oyanan duyğular, titrəşən həyəcanlar, qıvrılan, püskürən emosiyalar İlya İliçin dincliyini, rahatlığını pozur. Ştolts Olqanın əliylə dostunu sükunət bataqlığından çıxarmağa, onu fəal həyata qaytarmağa çalışır. Olqa bu işə həvəslə girişir, Oblomovu xəyalındakı kişiyə uyğunlaşdırmağa cəhd göstərir.
Eksperiment bir müddət uğurlu nəticə verir, Oblomovun gözlərində həyat bərq vurur, qəlbi həyəcanla döyünür. Fəqət nə qədər çalışsa da, Olqaya evlənmək üçün real addım atmağa, xəyaldan əmələ keçməyə cürəti çatmır, konkret iş görməyə qətiyyəti yetmir, yekun qərarı həmişə sabaha saxlayır. Sonda bu nəticəyə gəlir ki, o,bu qızın sevgisinə, etimadına layiq deyil, bununla bağlı Olqaya məktub yazır. Bu minvalla İlya Oblomov idealı reala çevirə bilmir, Olqa İlyinskayanı özündən soyudur, özü də qaynayan qanını, şahə qalxmış emosiyalarını, çırpınan ürəyini yenidən dincə qoyur.
Sonda Olqa Andrey Ştoltsa qismət olur.
Əlbəttə, belə də olmalıydı, çünki Oblomov üstünə nazik dəri çəkilmiş ruhdur, Ştolts o ruhun bədənidir. Oblomov sevir, Ştolts alır, necə deyərlər, hərə öz matahını bazara çıxarır. Fəqət Oblomovun matahı, Füzuli demiş, dəhr bazarında kasiddir.
Olqa İlyinskaya Oblomovdan Ştolts düzəltmək istəyir, onu özü arzuladığı, sevə biləcəyi şəklə salmaq istəyir, ancaq bu, mümkün deyil - ruhdan bədən, bədəndən də ruh olmaz. Olqanın sevgisi xudbin istəkdir, o, Lev Tolstoyun ideal qadın qəhrəmanları kimi sevdiyi kişidə özünü əritməyə can atmır, tam tərsinə, bəyəndiyi kişini özündə əritməyə çalışır. Olqaya bağlılıq Oblomova rahatlıq, dinclik gətirmir, əksinə, onun müvazinətini, təşnəsi olduğu sakitliyini pozur. Bir başqası bəlkə də bu münasibəti göylərə qaldırar, xoşbəxt, ya tragik sonluğacan aparıb çıxarardı, ancaq Qonçarov o başqalarından deyil, onun qəhrəmanı Budda kimi sakitliyi, sükunəti hər şeydən üstün tutur. Sevgi kimə dərman olsa da, onun dərdinə çarə deyil. Məsələn, bir xristian üçün sevgi Tanrıya aparan yoldur, bir buddist üçünsə bu, ehtiras, emosiya fırtınasından başqa bir şey deyil...
Ardı var...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19

