Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / AYB-nin qurultayı niyə təxirə salındı?

AYB-nin qurultayı niyə təxirə salındı?

28.09.2022 [10:12]

Yeni sədr...

Yeganə BAYRAMOVA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının keçirilməsi gözlənilirdi. Lakin qurultay təxirə salınıb. Bununla bağlı AYB-də katibliyin geniş tərkibdə toplantısı keçirilib. Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.

Qurultay AYB-nin yeni sədrinin kimliyini müəyyən edəcək. Bu baxımdan AYB-yə sədrlik mətbuatın gündəmində ən çox müzakirə olunan məsələlərdəndir.

Xatırladaq ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid qurultay barədə “Yeni Azərbaycan”a danışıb. O, qeyd edib ki, qurultayın vaxtının dəyişdirilməsi sırf texniki məsələlərlə bağlıdır: “Qurultaya müəyyən qonaqlar dəvət edilməlidir və onların qurultayda iştirak etməsi üçün vaxt az idi. Ona görə də qurultay müvəqqəti olaraq təxirə salındı və çox güman ki, oktyabrın 25-26-sı baş tutacaq. Azərbaycan Yazıçılar Birliyinin katibliyində müəyyən müzakirələr aparılıb. Anar müəllim bu dəfə də sədr qalacaq, Çingiz Abdullayev də başda olmaqla, bütün katiblik buna dəstək verib. Ona görə AYB-nin növbəti qurultayında Anar müəllim yenidən sədr seçiləcək”.

Paylaş:
Baxılıb: 1278 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30