Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Bakıdan Türkiyəyə, Türkiyədən Avropaya...

Bakıdan Türkiyəyə, Türkiyədən Avropaya...

24.09.2022 [11:16]

Mustafa Kamal Atatürkün dil siyasəti

I Türk Dili Qurultayından Avropa Dilləri Gününə gedən yol

Günel ABBASOVA

Dil hər bir xalqın varlığının təzahürü, onun milli sərvətidir. Dünyanın müxtəlif yerlərində yaşayan xalqlar üçün dil faktoru millətin tarixi mədəniyyətinin və digər özünəməxsus xüsusiyyətlərinin vahid bir kompleks halında birləşdiyi unikal hadisə kimi səciyyələndirilir. Dilimizi qorumağın keçmişimizi və mədəniyyətimizi erkən yaşlarından qorumaq demək olduğunu dərk etməyi hər kəsə çatdırmalıyıq.

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk də dilə, xüsusilə türk dilinə böyük önəm verirdi. Atatürk milli duyğu ilə dil arasındakı bağın çox güclü olduğunu, dilin milli və zəngin olmasının milli hissin inkişafında başlıca amil olduğunu hər zaman vurğulayırdı. O bilirdi ki, türk dili ən zəngin dillərdən biridir və ölkəsini, müstəqilliyini qorumağı bilən türk milləti öz dilini də yad dillərin boyunduruğundan xilas etməlidir. Atatürk həm də türk dilinin ən yüksək səviyyələrə gəlməsi üçün dövlət səviyyəsində addımlar atırdı.

Bunun bariz nümunələrindən biri 1932-ci ildə Atatürkün əmri ilə keçirilən “Birinci Türk Dili Qurultayı”dır. İlk qurultayın açılışı barədə “Vakit” qəzetinin 27 sentyabr tarixli sayında belə yazılır: “Saat 14:00 idi... Hamı yerində idi. Bir müddət sonra Türkün böyük ustadı Qazi həzrətləri, Böyük Millət Məclisinin sədri Kazım Paşa, Təhsil naziri Rəşid Qalib bəy, Fəthi bəy, Ordu müfəttişlərindən Fəxrəddin, Əli Sait Paşalar, komandirlərdən Şükrü Naili və Salih Paşalar salona daxil oldular. Bu əsnada şəhər orkestrası İstiqlal Marşını ifa etməyə başladı”.

Türkiyə Cümhuriyyətinin yüksək türk mədəniyyəti zəminində yüksəldiyini, mədəniyyətin ən mühüm elementi olan dilə hər zaman böyük əhəmiyyət verdiyini Atatürk bütün platformalarda diqqətə çatdırırdı. Türk dilinin gözəlliyini üzə çıxarmaq və dünya dilləri arasında dəyərinə layiq bir zirvəyə qaldırmaq Atatürkün əsas hədəflərindən biri idi. 1926-cı ildə Bakıda I Türkoloji Qurultayına nümayəndə göndərən Atatürk Türk dünyasının ortaq dili və əlifbasındakı inkişafları yaxından izləyirdi. Atatürk Bakıda baş tutan Türkoloji Qurultayın önəmindən kifayət qədər xəbərdar idi. O, bütün məsələlərdə hadisələrin gedişini öncədən hiss edirdi. Cəmi iki il sonra 1928-ci ildə Atatürkün Yazı İnqilabını həyata keçirməsi bunu deməyə əsas verir ki, onda türk dili ilə bağlı yenilikçi fikirlər Bakıda baş tutan Qurultay zamanından formalaşmışdı. Çox keçmədən Atatürk daha bir mütərəqqi addım ataraq 12 iyul 1932-ci ildə Türk Dil Qurumunun yaradılmasına da öncüllük edib.

Atatürk Qurum yarandıqdan dərhal sonra türkcənin inkişafı, zənginləşməsi və saflaşdırılması istiqamətində görüləcək işlərin müəyyən edilməsi məqsədilə qurultay keçirilməsini tapşırıb. Qurum yeni yaransa da, qısa müddətdə öz işini başa çatdıraraq 1932-ci il sentyabrın 26-da Dolmabağça sarayında Birinci Türk Dili Qurultayının çağırılmasını həyata keçirməyi bacarıb. Türk Dili Qurumunun qurucusu və qoruyucu prezidenti Atatürk doqquz günlük qurultayların hamısında iştirak edib, bütün tezisləri (bəyanatları) dinləmiş, sessiyalar arasında dilçi alimlərlə söhbət edib. Həmin dövrdə xaricdən dilçilərin də qatıldığı qurultayı üç minə yaxın dinləyici izləyib. Qurultayın son günündə sədrliyə ərizə təqdim edən şair və yazıçı Xalid Fəxri Ozansoy bu böyük toplantını Türk dilinin bayramı adlandıraraq açılış günü olan 26 sentyabrın Türk Dili Günü kimi qeyd olunmasını təklif edib. Qurultay üzvləri tərəfindən yekdilliklə qəbul edilən bu təkliflə 26 sentyabr Türkiyədə hər il “Dil Bayramı” kimi qeyd olunur.

Atatürk həm də güclü siyasətçi idi. Özü də bilirdi ki, I Türk Dili Qurultayının keçirilməsi, Türk Dili gününün elan edilməsi və Türk Dili Qurumunun yaradılması gələcəkdə Türkiyənin Avropada bu sistemi davam etdirməsi ilə nəticələnəcək. Elə bu cür də oldu. 2001-ci ildə keçirilən Avropa Dillər İli toplantısında Türk Dili Qurumunun təklifi ilə Avropa Şurası 26 sentyabr tarixini Avropa Dillər Günü kimi qəbul etdi. Mustafa Kamal Atatürkün hələ 1932-ci ildə əsasını qoyduğu dil siyasəti Avropada cığır açaraq öz yolunu davam etdirməkdədir.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ölüm mələyi...

01 Dekabr 10:53

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Sosial

Necə başladı?

01 Dekabr 10:37

Xəbər lenti

Xəbər lenti

Gündəm

Prezident bu gün

Prezident bu gün

01 Dekabr 10:01

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31