Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
05.03.2022 [10:24]
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Fəxri Uğurlunun moderatorluğu ilə ədəbiyyatımızı dünyaya tanıtmağın yolları mövzusunda diskussiya aparılıb. Müzakirəyə “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı, “Qanun” Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayar və yazıçı, tərcüməçi Etimad Başkeçid qatılıb. Söhbətin mətnini təqdim edirik.
Şərif Ağayar: Məlumdur ki, ASAN xidmət son illərin ən uğurlu layihələrindən biridir. Bu nümunədən bəhrələnib “Asan ədəbiyyat” sistemi də yaratmaq lazımdır. Şəxsən mən Ədəbiyyat İnstitutunun işindən narazı deyiləm - yazıçıların ədəbi fəaliyyətini izləyirlər, dişə dəyən əsərlər haqda məqalələr yazırlar, onları ədəbi meyarlar əsasında qiymətləndirməyə çalışırlar. Ancaq Elmlər Akademiyası həm də bir az rəsmi qurumdur, elə məsələlər var ki, onun tribunasından açıqlana bilməz. Bu cür məsələlər sənət yönümlü QHT-lərin əliylə həyata keçirilsə, daha yaxşı olar... Naşir-oxucu bağlantısının istənilən şəkildə qurulmamasının bir səbə?i də budur ki, bölgələrimizdə kitab mağazaları yox dərəcəsindədir. Bəziləri deyirlər ki, elektron kitablar bu boşluğu doldurur, ancaq elə deyil. Biz kitabın bütün bölgələrə, kəndlərə ayaq açmasına çalışmalıyıq. Azərbaycan vətəndaşı kitabın qoxusunu həyatının bütün sahələrində duymalıdır. Biz qətiyyətlə deyə bilmərik ki, insanlar kitab oxumur, çünki oxucuya kitabı layiqincə təqdim edə bilmirik.
Etimad Başkeçid: Bizim insanların çoxunda belə bir hiss var ki, iki cüt bir tək hekayə yazmışamsa, mütləq dünyaya çıxmalıyam, mükafatlar almalıyam. Ancaq belə bir diqqətə nail olmaq üçün insan öz üzərində uzun illər çalışmalıdır. Zamanla bu da olacaq. Əsas odur ki, gənclərimizə oxu vərdişi aşılansın. Mən Slavyan universitetində işləyəndə rektor Kamal Abdullanın təşəbbüsüylə belə bir qayda qoyulmuşdu ki, imtahana buraxılması üçün tələbə semestr ərzində siyahısı verilmiş 20 əsəri oxumalıydı, yəni bu üsulla tələbələr bir növ attestasiyadan keçirilirdilər. Sizə səmimi deyim ki, metod yaxşı effekt verirdi.
Şərif Ağayar: Elə adını çəkdiyiniz universitetdə yaradıcılıq fakültəsinin təsis olunması da ədəbi prosesi canlandırmaq, gəncləri kitaba yovuşdurmaq istiqamətində yaxşı bir cəhd idi. İndi həmin ənənə Dillər universitetində dirçəldilir...
Etimad Başkeçid: Belə bir yanlış qənaət də var ki, tərcüməçilik qabiliyyətdir, bundan ötrü xüsusi istedad tələb olunmur. O vaxt mən təklif vermişdim ki, tələbələr arasından istedadlı olanları seçib ayrıca yetişdirək.
Fəxri Uğurlu: Az da olsa, xarici dili bədii cəhətdən mükəmməl bilən tərcüməçilərimiz də var. Məsələn, Vilayət Hacıyev. Tutalım, hansısa universitet belə ustadlara şərait yarada bilməzmi ki, hər il öz kursuna üç, beş, on tələbə götürüb, onların yetişdirilməsi ilə əlahiddə qaydada məşğul olsun?
Etimad Başkeçid: Universitet rəhbərliyi istəsə, buna şərait yarada bilər. İndiki zamanda istedadlı tələbənin üstündə əsmək, beləsinə əlavə vaxt ayırmaq işin yalnız xeyrinə olar.
Şərif Ağayar: Pis orasıdır ki, bizdə xarici dil bilən xeyli adam olsa da, azərbaycandilli xaricilər yox dərəcəsindədir. Bu, ədəbiyyatımzın dünyada yayılması baxımından gerçək fəlakətdir. Üstəlik, təkcə əsərlərin əcnəbi dillərə çevrilməsi yox, çevrildiyi dildə redaktə olunması üçün də belə kadrlar lazımdır. Volter deyir ki, bilik almaq qonşudan od almağa bənzəyir. Biz təkcə od alan yox, od verən qismində tanınmağa da nail olmalıyıq.
Etimad Başkeçid: Biz ümumilikdə məktəbdən danışırıqsa, ali məktəblərin müvafiq fakültələrinin nəzdində yaradıcılıq emalatxanaları yaradılmalı, bu cür sənət atelyelərinə rəhbərlik sınaqdan çıxmış peşəkarlara tapşırılmalıdır. Keçmişdə də belə olub - hər bir görkəmli sənətkarın məktəbi, studiyası, emalatxanası, atelyesi olmalıdır ki, öz davamçılarını yetişdirsin, sənətinin sirlərini gələcək nəsillərə ötürsün, daha özüylə qara torpağa aparmasın. Üstəlik, Azərbay?an universitetlərində müxtəlif sənət sahələri üzrə ciddi dərslik çatışmazlığı var, bunun uzun bir siyahısı da tutulub. Tərcümə sahəsi üzrə nəzəri mənbələrin qıtlığı da bu sıraya aiddir.
Şərif Ağayar: Əslində, yaşadığımız internet dövründə ali məktəb müəllimlərinin çağdaş tələblərə uyğun mühazirələr hazırlamağı üçün çox rahat şərait var, ancaq müəllimlərin əksəri nəzəri biliklərini artırmaqdan qaçır, özünü əziyyətə vermir.
Fəxri Uğurlu: Əsər yazanda, yaxud başqa dilə tərcümə eləyəndə əcnəbi oxucuların zövqünü, maraq dairəsini nəzərə almalıyıqmı? Başqa sözlə, istədiyimizi yazmalıyıq, yoxsa bizdən tələb olunanı?
Şərif Ağayar: Hədəfləri dəqiq müəyyənləşdirmək çox ciddi məsələdir. Məsələn, Türkiyədə kino sənayesi inkişaf edir. Onlar yeni film istehsalına başlayanda materialın yerli tamaşaçıları, Şərq ölkələrini, yoxsa Qərb festivallarını hədəflədiyini özləri üçün müəyyənləşdirirlər. Ədəbiyyatda da belə təsnifləndirmə olmalıdır. Ola bilər Azərbaycan oxucusunda maraq doğuran bir əsər xarici bazarda yeriməsin.
Fəxri Uğurlu: İndiyə qədər danışılanlardan belə çıxır ki, bu gün Azərbaycanda yeni bir Markes yetişsə, onu dünyaya tanıtmağa gücümüz yetməz...
Şərif Ağayar: Ayrı-ayrı istisnalar bəlkə də ola bilər, ancaq belə hallar sistemli işin yerini verməz. Məqsədli, sistemli iş görmək üçün dəqiq hesablamalar aparmaq vacib şərtdir. Bu, təxminən o deməkdir ki, yaxşı qələmi olan, məsələn, otuz nəfəri seçib onların təsnifatını aparırsan. Ola bilsin, həmin otuz nəfərdən hansısa küçədə avara gəzənin, cındırından cin ürkənin, ya ədəbi mühitdə hörməti olmayanın biridir, ancaq sən onun əsərini dünya oxucusunun üzünə ürəklə çıxarıb, Azərbaycan ədəbiyyatına qazanc gətirərsən. Yəni bu iş təsadüfi adamlara, alverçilərə, qərəzkarlara yox, sözün qədrini-qiymətini bilən vicdanlı insanlara tapşırılmalıdır.
Etimad Başkeçid: Həm də, fikrimcə, biz ədəbiyyata lazım olduğundan artıq ciddi münasibət bəsləyirik, bu da bizə öz ədəbiyyatımızı dəyərləndirməkdə mane olur. Dostoyevskini, Tolstoyu görəndə əlimiz-ayağımız əsir, Folkner deyiləndə gözlərimiz bərəlir, Markes adı gələndə...
Şərif Ağayar: Hətta bəzən uşaqlar Nizamiyə yaxın düşməkdən qorxurlar...
Etimad Başkeçid: Çünki ədəbiyyata əyləncə kimi yanaşmırlar. Amma unutmaq olmaz ki, ədəbiyyat həm də spesifik əyləncə növüdür.
Fəxri Uğurlu: Nərgiz xanım, bir naşir kimi deyin, bizdə nəşriyyat-müəllif-oxucu münasibəti formalaşıbmı?
Nərgiz Cabbarlı: Xeyr. Məsələn, bizim nəşriyyat sifarişçilərlə işləyir. Ürəyimiz istəyən, ancaq pulu, sponsoru olmayan müəllifə əməkdaşlıq təklif edə bilmirik. Əməkdaşlıq yalnız sifarişçinin təklifi əsasında baş tutur. Halbuki arzuladığımız yüksək standartlara görə, nəşriyyat nəinki müəllifdən pul tələb etməməli, əksinə, qazancının müəyyən faizini ona qonorar qismində ödəməlidir.
Fəxri Uğurlu: Dediyiniz standartların izinə düşüb dünya təcrübəsinə ekskurs eləyək. Ədəbiyyat tarixindən bəllidir, nəşriyyatlar, redaktorlar olub ki (şübhəsiz, indi də var), yazıçının əlindən tutub onu bütün dünyaya tanıdıb, ona Nobel mükafatı qazandırıb, öz müəllifini məişət qayğılarından, əsərlərinin vəkili, agenti olmaq kimi əzablı işlərdən ayırıb ona rahat işləmək imkanı yaradıb. Bəs biz nə vaxt belə bir şəraitə ümid eləyə bilərik?
Şərif Ağayar: Türkiyədə fəaliyyət göstərən “Can” yayınlarının dövriyyəsi cəmi Azərbaycan nəşriyyatlarının dövriyyəsindən çoxdur. Azərbaycanda nəşriyyatla yayım şirkətləri arasında da normal əlaqə yoxdur. Bu sistem də qurulmayıb.
Nərgiz Cabbarlı: Bizdə yazıçı gecə-gündüz bunun dərdini çəkir - görəsən harada işləyim ki, həm ailəmi dolandırım, həm də yaza bilim.
Şərif Ağayar: Belə olanda da peşəkar yaradıcılığa vaxt ayıra bilmir. Ona görə də yazıçı ta yetkinlik həddinə çatıb dünya bazarına çıxana qədər dövlətin əli onun kürəyində olmalıdır. Çox təəssüf ki, indiki reallıqda başqa cür mümkün deyil.
Fəxri Uğurlu: Etimad müəllim, siz Azərbaycan şair-yazıçılarının əsərlərini Tərcümə Mərkəzinin xəttiylə əcnəbi dillərə tərcümə etdirəndə onları harada yayırsınız?
Etimad Başkeçid: Xaricdə fəaliyyət göstərən ədəbi saytlar, jurnallar var. Bu işləri onların vasitəsilə görürük.
Fəxri Uğurlu: Effekti olurmu?
Etimad Başkeçid: Olur. Özümüzdən bədgüman olmayaq, hazırda bizdə də dünya səviyyəli yazıçılar var. Sadəcə, onları dünyaya tanıtmaq üçün yollar tapılmalıdır. Elə bugünkü diskussiyamızın məqsədi də həmin yollara işıq tutmaqdır.
Şərif Ağayar: Etimad müəllimin sözünə qüvvət - bir dəfə fransalı həmkarımla söhbət əsnasında məlum oldu ki, fransız ədəbiyyatını orta səviyyədə bilməyimə baxmayaraq ölkəsinin ədəbiyyatına ondan yaxşı bələdəm. Deyəcəksiniz niyə? Çünki onlar bu məsələlərə bizim qədər ciddi baxmırlar. Bizdə bir sıra təcrübəli, usta redaktor var ki, inandırım sizi, onların bəyəndiyi əsərlər dünyanın hər yerində bəyənilər. Belə adamlar bizim milli sərvətimizdir, onları qorumaq boynumuzun borcudur. Unutmamalıyıq ki, hər cür qələbə öncə kitablarda qazanılır.
Etimad Başkeçid: Bəli, dünyanı idarə edən ölkələrin hər biri həm də kitab sahəsində liderdir.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

