Kəbutər Hakverdinin imza günü və “Cənnətdən sürgün” romanının təqdimatı olub
06.10.2017 [09:53]
Dünən Azərbaycan Yazıçılar Birliyində Türkiyədə yaşayan azərbaycanlı yazıçı və araşdırmaçı-jurnalist Kəbutər Hakverdinin “Cənnətdən sürgün” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə K.Hakverdinin yaradıcılığı haqqında məlumat verilib. Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu müəllifin kitablarının ədəbi üslub və tarixi proseslərin xronoloji ardıcıllığı baxımından bir-birini tamamladığını, o cümlədən Azərbaycanın ziyalısı kimi öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirdiyini vurğulayıb. Millət vəkili xatırladıb ki, Kəbutər Hakverdi uzun müddət “Yeni Azərbaycan” qəzetində çalışıb və qəzetin “Ədəbiyyat” səhifəsini hazırlayıb: “O, bir müddətdir ki, Türkiyə Cümhuriyyətində yaşayır. Əlbəttə ki, qısa müddətdə qardaş ölkənin ədəbi mühitinə uyğunlaşmaq, orada baş verən yaradıcı proseslərdə iştirak etmək, İstanbuldan baxıb Azərbaycandakı tarixi hadisələri müşahidə etmək və bundan roman yazmaq çətin və məsuliyyətli bir işdir. Hesab edirik ki, Kəbutər Hakverdi bu işin öhdəsindən layiqincə gəlir. Bundan sonrakı fəaliyyətində də ona uğurlar arzulayıram”.
Daha sonra təqdimatda çıxış edən K.Hakverdinin qələm dostları onun məhsuldar yaradıcılıq yolundan, əzmkarlığından, kitablarının ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan söhbət açıblar.
Tədbirin sonunda Kəbutər Hakverdi yaradıcılığına verdikləri yüksək qiymətə görə qonaqlara minnətdarlığını bildirib, bu görüşün onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

