Mürəkkəb taleli şəxsiyyət
14.04.2026 [08:33]
Nəriman Nərimanov haqqında həqiqətlər...
Azərbaycan tarixində elə simalar var ki, onların fəaliyyəti təkcə yaşadıqları dövrü deyil, sonrakı nəsillərin düşüncə tərzini də formalaşdırır. Nəriman Nərimanov məhz belə şəxsiyyətlərdən biridir. Bu gün böyük ictimai-siyasi xadim, yazıçı-publisist, həkim Nəriman Nərimanovun doğum günüdür. O, 1870-ci ilin 14 aprelində Tiflisdə, tacir Kərbalayi Nəcəfin ailəsində dünyaya göz açıb. Onun haqqında bu gün müxtəlif fikirlər səslənir. Yerli-yersiz bu tarixi şəxsiyyətə hücumlar olur. Lakin bütün deyilənlərə rəğmən dəyişməz bir həqiqət var: Nəriman Nərimanov Azərbaycanı canından çox sevib.
Onun adı Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində mühüm yerə malikdir. O bir tərəfdən görkəmli dövlət və fəal siyasi xadim, digər tərəfdən ədəbiyyat tariximizdə görkəmli nasir, böyük dramaturq, eləcə də ictimai fikir tarixində fəal milli ziyalı və publisist kimi tanınıb.
O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarır. Hələ gənc yaşlarında Bakıda kitabxana açır. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərib.
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur.
O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb, 1894-cü ildə Bakıda ilk qiraətxananı açıb. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının (“Bahadır və Sona”) və ilk tarixi faciənin (“Nadir şah”) banisidir.
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Mətbuata həvəs oyatmaq, qəzet, jurnal və kitab oxumaq vərdişini təlqin etmək baxımından, bu təşəbbüsün qiyməti əvəzsizdir. Qiraətxana Rusiya və xaricdən 27 adda qəzet alırdı. Onun müxtəlif millətlərdən olan oxucularının sayı gündən-günə, ildən-ilə artırdı. Məsələn, qiraətxananın fəaliyyətə başladığı gündən keçən bir aya yaxın müddətdə qeydə alınmış 710 oxucudan 292-si azərbaycanlı idi. 1897-ci ildə bu rəqəm artıq 8619 olmuşdu.
N.Nərimanovun təşkil və rəhbərlik etdiyi milli qiraətxananın səsi-sorağı Rusiyaya, bir sıra Yaxın və Orta Şərq ölkələrinə gedib çıxmışdı. Bağçasarayda nəşr olunan “Tərcüman” qəzeti 1895-ci il 19 fevral tarixli nömrəsində “Bakı qiraətxanası” sərlövhəli xəbərdə yazırdı: “Nəriman Nərimanov gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edib, həm də dərsliklər yazıb. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlməyib. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışıblar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırıb və onu Azərbaycandan uzaqlaşdırıblar”.
Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edib.
Nərimanov 19 mart 1925-ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazıb: “Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.
Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtan kampaniyası davam etdirilib. Onun yubileyinin keçirilməsinə imkan verməyiblər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail olub.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirib. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilib. Bundan başqa, Bakıda N.Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

