Oxucunun ürəyi
14.03.2026 [08:52]
Haradadır? Burada, öz içimizdə, yoxsa, Biləcəridən o yanda?
Oxcumuzun bir qismi Harri Potterlə, əcnəbi bədbeybətlər və Barbilərlə böyüyüb. Digər qismi isə böyüməkdədir. Amma hələ də ümid var ki, oların bir gözü də Biləcəridən bu yandadır. Hətta müxtəlif əcnəbi trendlərin içində itib-batan əksəriyyətin ruhu, qeyri-ixtiyari və ya ixtiyari şəkildə öz torpağının ətrinə, dadına və bal kimi dilinə elə bağlıdır ki, gözü ətrafdakı ən yaxşı nemətləri görsə də, yenə doymaq bilmir. Öz dilində böyük əsərlər oxuyub zövq almağı kim istəməz ki? Yaxşı mətnlər də dadlı yemək, doğma musiqi kimidir. Di gəl, hələ də azdır ki, azdır...
“Mədəniyyət -2040” Konsepsiyası Azərbaycanda dünya səviyyəli mətnlərin necə yaradılacağı yönünə də işıq salır. Lakin ortada olan ədəbi mətnlərimizin əksəriyyəti nə Biləcəriyə çatmağa, nə də qanadlanıb o yanlara uçmağa tələsir. Tələsənlər də Biləcəridən o yanı yamsılamaq məcburiyyətində qalır. Axı, başqa tərəfə getməyə nə hacət? Əvvəlcə evin içinə, sonra isə çölünə baxmaq yaxşı olmazmı?
Müasir nəşriyyat menecerlərinin sevdiyi bir anlayış var: “oxucunun ürəyinə girmək”. Görəsən, bu, necə olur? Müəllif öz ürəyini qoyub oxucunun ürəyinin döyüntülərini hiss etməlidir? Yoxsa, eləcə öz ürəyinin səsinə qulaq asıb yazısını yazmalıdır? Axı ürəklərimiz eyni torpaqdan, eyni ruhdan qidalanır. Bəlkə, o müəllif, sadəcə ətrafa boylanmalı, əvvəlcə oxucunun özü olub onlara qoşulmalı, oxuculardan biri olmalıdır?
Ədəbiyyat tarixi göstərir ki, yaxşı mətnlərin yaranması daha çox zəngin və qədim mədəniyyəti, tarixi, ziqzaqlı ictimai münasibətləri, hətta mürəkkəb çoğrafiyası olan ərazilərdə yarana bilir. Bu şərtlərin hamısı bizdə var. Üstünə də son otuz ilin keşməkeşlərini və möhtəşəm Zəfəri gəlsək, adama deyərlər, başqa nə çatmır? Lakin, tarix və təcrübə bizə deyir ki, nə ədəbi mətnin, nə də onu yazacaq müəllifin ortaya çıxmasını tezləşdirmək, necə deyərlər, “texniki baxımdan” mümkün deyil. Mümkün olsa da, sonrasında tarix həmin dövrü amansızcasına təftiş edir. Yəqin elə bu səbəbdən də təklif edilən mədəniyyət konsepsiyası mətni yarada biləcək “münbit şərait”ə “uyğun şərait” yaradılmasını nəzərdə tutur. Üstəlik, yazılacaq mətnlərin Biləcəridən o yanda necə satılacağınıın da qeydinə qalmaq yolları təklif edilir: “Azərbaycan ədəbiyyatının... araşdırılması, inkişafı və beynəlxalq aləmdə təbliği məqsədilə müasir yanaşmalara əsaslanan sistemli fəaliyyətin həyata keçirilməsi”.
“El bilir ki, sən mənimsən...”, yaxud “Məndə sığar iki cahan...” dedikdə neçə oxucunun ürəyi titrəyir? Məncə, kifayət qədər böyük bir oxucu kütləsinin. Bu, varımızdır. Bəlkə, bizə ürək titrədən deyil, beyin fırtınası yaradan mətnlər də lazımdır. Bəlkə, onda, Biləcəridən o yanlara da boylana bilərik?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

