Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

17.02.2026 [18:10]

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkədə rəqəmsal transformasiyanın prioritet istiqamətləri müəyyənləşdirilib. Dövlət başçısı müşavirədə süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət alması zərurətini xüsusi vurğulayıb.

Bu strateji yanaşmanı rəhbər tutan Prezident Kitabxanası öz fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqinə başlayır. İlkin mərhələdə bu yenilik kitabxananın “Ədəbi İrs” adlı virtual kolleksiyasında həyata keçiriləcək və Prezident Kitabxanasının rəqəmsal platformalarında süni intellekt əsaslı həllərin tətbiqi istiqamətində ilk addım olacaq.

Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından məlumat verilib.

Bildirilib ki, perspektiv inkişaf planına uyğun olaraq, süni intellekt texnologiyalarının tətbiqi mərhələli şəkildə genişləndiriləcək. Gələcəkdə bu innovativ yanaşmanın nadir kitablar fondu, incəsənət kolleksiyası və digər sahələri də əhatə etməsi nəzərdə tutulur.

Prezident Kitabxanası bundan sonra fəaliyyətinin müxtəlif sahələrində süni intellektin imkanlarından sistemli şəkildə istifadə edəcək. Bu yanaşma kitabxananın informasiya məhsullarını daha maraqlı və əlçatan etməklə yanaşı, Azərbaycanın mədəni-maarifçilik müəssisələrində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm təcrübə formalaşdıracaq və milli intellektual irsin müasir formatda təqdimatına töhfə verəcək.

Mövzu ilə bağlı videomaterialı bu link https://youtu.be/d2gq6o3WRaA?si=LUlrSorEt3RnKl10  vasitəsilə izləyə bilərsiniz.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30