“Litagent” kimdir?
14.02.2026 [08:57]
Kim olacaq, əsl Ədəbiyyat
bilicisi, söz, fikir xiridarı, zərgər . “Litagent” heç bir halda
dönüb nəşriyyat meneceri
ola bilməz. Amma olur...
Müasir kitab sənayesi identik ədəbiyyatın, müəllifin, mətnin qarşısında ciddi tələblər qoyur. Hətta müəllifi, mətni öz “inkubasiya”sında yetişdirməyə çalışır. Və təbii olaraq onu öz vitrininə tabe etdirir. Bir tərəfdən də “qlobal, uydurma mətn” yaratmaq potensialı formalaşır. Ardınca “qlobal, uydurma müəllif” də gələcək... Bax, İkinci Dünya müharibəsindən sonra qoca Avropada formalaşan “litagent”lər, əsasən, bu işlə məşğul olur - müəllif tapmaq, kəşf etmək, yoxdursa da, onu uydurmaq. Fəqət, öyrəşdiyimiz sivilizasiya iflasa uğrayır, mədəniyyət aşılanır, müəllif “yoxa çıxır”, uydurmağa kimsə yox.
Bəs “litagent” bütün parametrlərə cavab verən mətni haradan tapacaq? O isə həm nəşriyyatlar, həm də müəlliflər - bütövlükdə kitab sənayesi, yeni çağırışlar və cığırlar qarşısındadır...
Dünyada get-gedə elektron kitab bazarı print kitabı üstələyir: daha cəlbedici, ucuz, əlçatan, hətta əyləncəli platformalar təklif edilir. Tutaq ki, səsli kitabın, musiqinin, kinonun birlikdə - paket şəklində təklif olunduğu platformalar, mobil tətbiqlər dirçəlir.
Uzun müddətdir ki, bu platformaların inkişaf meyillərini izləməyə çalışıram. Onlar kağız kitabı əvəzləmək üçün dəridən-qabıqdan çıxır, min cür üsullarla daha cəlbedici üstünlüklər təklif edirlər. Məsələn, səhifələrdə gözü yormayan rəng, işıq və şrift seçimləri, səhifələri çevirərkən kağız xışıltısı, rəy bildirmək imkanı, klassikadan tutmuş postmodernizmədək xeyli sayda kitabın ucuz qiymətə əldə edilməsi, bir neçə kitabın paralel oxuna bilməsi və sair...
Məncə, onlar istədiklərinə də nail olurlar. Həm oxucu ucuz kitab əldə edir, həm müəllifin imzası kütləviləşə bilir, interaktivlik yaranır, həm də nəşriyyat qazanır. Bir sözlə, kitabsevərin o möhtəşəm kağız qoxusundan başqa hər şey var... Kim bilir, bəlkə, nə vaxtsa, bu funksiya da smart qurğuların beyninə yerləşdiriləcək: smartfonda kitab mütaliə edirsən və oradan ənənəvi kağız qoxusu gəlir...
Hal-hazırda yuxarıda göstərilən üstünlüklər elektron kitab sənayesi tərəfindən ciddi təşviq edilir, smart mütaliəçilərin sürətlə artdığına dair müxtəlif statistikalar verilir. Bu məsələlərdə investorların reklam şişirtmələri də istisna edilməməlidir. Lakin, istiqamət dəyişmir. Kitab elektronlaşır... smartlaşır...
Azərbaycanda da belə platformalar yaratmaq cəhdləri uğursuz oldu. Hətta bir müddət tam durğunluq yarandı. İndi isə bir neçə nəşriyyat başa düşüb ki, əziyyət çəkib yerli platformalar yaratmağa cəhd etməkdənsə, öz kitablarını (o cümlədən müəllifləri) daha qlobal platformalarda təqdim edə bilərlər. Həm də öz ana dillərində, öz tərtibatları, müəllif hüquqları ilə birlikdə.
Lakin bu işlər o qədər ətalətli şəkildə aparılır ki, hətta “smartfomanlar” da ona çəpəki baxırlar... Bəlkə, kitabın, müəllifin, hətta yüksək qonorarın gələcəyi buradadır? Görəsən, bu sualı nəşriyyat menecerinə çevrilmiş “litagent”lərə versək, nə deyərlər?
İndi Avropadakı “litagent”ləri daha çox bu mövzular maraqlandırarkən, az kitab oxuyan cəmiyyətlər hələ də kitabın sənaye, biznes deyil, maarifçi ruh olduğunu israr edir. Elə isə ortaya seçim dövrü çıxır. “Litagent”lərin təkcə tendensiyaları, müəllifi, identik mətni, fərqliliyi seçməsi deyil, həm də texnologiyanı, smart oxucunu nəzərə alması zəruriləşir. Qlobal çağırışlar nəşriyyatları da yeni alətlər tapmağa sövq edir. Oxucu çoxfunksiyalı kitab platformalarında gəzişmək, daha ucuz, əlçatan kitab əldə etmək istəyəcək. Beləcə, o, həm maariflənmək, həm öyrənmək, həm də əylənmək fikrindədir...
“Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında xüsusi yer alan rəqəmsallaşma təklifləri də bütün bu suallara cavab tapmaq üçündür.
Bəlkə təkcə milli kitab sənayesini inkişaf etdirmək deyil, həm də müəllifləri zərgər dəqiqliyi ilə seçib nəşriyyatlara təqdim edə bilən əsl ədəbiyyat adamları - “litagentlər” hazırlamalıyıq? Milli Ədəbiyyat Agentliklərinin yaradılmasına diqqət yetirməli, onların müəllif, tərcüməçi və redaktorlarla səmərəli işləməsini təmin etməliyik? Axı müəllif maşın deyil, heç vaxt da olmayacaq. O, Biləcəridən o yana can atmamalıdır. Bunu milli “litagentlər”imiz, əsl ədəbiyyat bilicilərimiz etsə, daha yaxşı olmazmı?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

