Ağappaq əbədi sükut
11.12.2025 [09:38]
Ernest Heminqueyin “Kilimancaronun qarı” hekayəsi haqqında
əvvəli ötən saylarımızda
Səhər açılır, göydə təyyarə uğultusu eşidilir. Harrinin köhnə dostu Komton əynində biçimsiz şalvar, tvid pencək, başında qəhvəyi fetr şlyapa onun çadırına sarı yeriyir. Nökərlər onu dostunun təyyarəsinə mindirirlər, dəmir qanadlı quş yerdən son dəfə təkan alıb havaya qalxır: “Sonra təyyarə yuxarı millənib, deyəsən, gündoğana tərəf istiqamət götürdü və qəfildən araya zülmət qaranlıq çökdü, şəlalə içindən keçirmiş kimi qapqara buludların arasına, dəhşətli leysana düşdülər, yağmurdan çıxanda isə Komti başını geri çevirib gülümsədi, əlini qabağa uzatdı və orada, irəlidə Harri göz önünə pərdə çəkərək bütün dünyanı görünməz edən, günəşin şəfəqləri altında bəyazlığı göz deşən ağlasığmaz dərəcədə parlaq, başı göylərə dirənmiş kvadratşəkilli nəhəng Kilimancaro zirvəsini gördü. Onda başa düşdü ki, bu yer onun üz tutub getdiyi həmin yerdir”.
Məhz həmin anda goreşən qaranlıqda ulamağını kəsib adam səsinə, hönkürtüyə bənzər qəribə səslər çıxarır. Qadın kaftarın vahiməli səsinə ayılıb Harrinin ruhsuz bədənini haraylayır...
***
Əsəri dilimizə çevirmiş yazıçı-tərcüməçi Mahir N. Qarayev Heminqueyin yaradıcılığından danışanda “Kilimancaronun qarı” hekayəsi haqqında belə yazır:
“Bu əsər yaradıcı insan ömrünün yaşanmamış anları, günləri haqqında elegiya, reallaşdırılmamış istedadın faciəsindən doğan həzin, kədərli bir hekayətdir. Əsərin baş qəhrəmanı - bütün həyatı boyu istedadını zərrə-zərrə, hissə-hissə doğrayıb maddiyyata satan Harri ömrünün son saatını öz mənəvi dünyasının sərt həqiqətlər, kəskin ittihamlar girdabında keçirməyə məruz qalır; özündən iyrənə-iyrənə yaşadığı ona yad bir cəmiyyətdə bütün vaxtını müşahidə və əyləncələrə xərcləyən, özünün başlıca missiyasını yerinə yetirməyi isə günü günə sata-sata həmişə sonraya, hansısa müəmmalı gələcəyə saxlayan və bütün həyatı ərzində topladığı zəngin materialı hamıdan daha yaxşı yazacağı ümidiylə əslində özünü aldadan Böyük Yazıçı axırda yazmağın daşını biryolluq atır. Həqiqətin yalanla, yalanın həqiqətlə çulğaşdığı bütöv bir ömrə onun son saatının səmimiyyət zirvəsindən baxan Harri əldən çıxmış, itirilmiş, unudulmuş, bir kənarda yaşanmamış qalan tam başqa bir həyatın varlığını aşkar etsə də, artıq gecdir...
Məhv olmuş daxili aləmin, iflasa uğramış düşüncələrin xarabalığında gecələr kaftar zingiltisi, goreşən ulartısı ilə baş-başa qalıb iztirab çəkmək və özündən sonra heç nə qoymadan dünyanı bu iztirabın ümidsizliyi içində tərk etmək Harrinin labüd sonluğu, qaçılmaz aqibətidir.
Ömrün son saatında Harri təskinliyi illüziyada tapır. Lakin onun bütöv bir ömür silsiləsini bir abzasa sığışdırmaq ehtirası, əslində, elə həm də Heminqueyin öz yaradıcılıq metodunun ağlasığmaz görünən cəhdlərindən biridir.
Harridə Heminqueyə xas bir çox cəhəti aşkar etmək mümkündür; böyük ustalıqla yaradılmasına və ümumiləşdirilməsinə baxmayaraq bu obraz hər halda (və başqalarından daha çox) məhz Heminqueyin özünü xatırladır.
Başqaları sırasında, heç şübhəsiz, ilk növbədə Heminqueyin dostu, Amerikanın digər böyük yazıçısı Skot Fiscerald və onun kədərli taleyi göz önünə gəlir. Əyalətdən çıxmış Fiscerald öz parlaq istedadını kommersiya dərgilərinə satmaqla qısa müddətə varlanıb kübar cəmiyyətə ayaq açmış, hətta öz zümrəsindən yox, varlı təbəqədən olan qadınla evlənmişdi və bu izdivacın yaxşı qurtarmayacağını hiss etsə də, yenə könüllü əsarətə boyun əymişdi. Əsərdə Fisceraldın bilavasitə adı çəkilən abzas var; həmin abzasda Heminquey dostunu zənginlərin pərəstişkarı kimi təqdim edərək Harrinin vasitəsilə onu ələ salır, həyatın zərbələrinə duruş gətirə bilməyən belə adamlardan zəhləsi getdiyini bildirir. Bu isə hekayənin yazıldığı ildə ağır mənəvi iztirablar keçirən, bədbinliyə qapılmış Fisceralda ağır zərbə olmuşdu.
davam növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

