Azərbaycan tarixşünaslığının banisi...
21.06.2025 [08:14]
Abbasqulu ağa Bakıxanovun doğum günüdür
Maarifçi-ədəbi mühitində dərin iz qoyan bu ictimai xadim, şair və alim bütün dövrlərdə xatırlanacaq zəngin irs yaradıb. O, dərin zəkası, ensiklopedik biliyi ilə öz dövründə rus və Avropa alimləri, söz, fikir adamları ilə bir sırada dayanıb. Bu gün Azərbaycan ictimai fikrinin inkişafında müstəsna xidmətləri olan Abbasqulu ağa Bakıxanovun doğum günüdür.
Doğrudur, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, İskəndər bəy Hacınski, Kərim ağa Fateh, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, Mirzə Kazım bəy kimi şəxslər də tarixçiliyimizin yaranmasında, təşəkkül tapmasında böyük xidmətlər göstəriblər. Lakin bu bir faktdır ki, Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığındakı Əmircan kəndində zadəgan ailəsində dünyaya göz açıb. Səkkiz yaşına qədər Bakıda yaşayıb. Atası Mirzə Məhəmməd 1802-ci ildə xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olur və ailə məcburən Qubaya, vaxtilə Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçür. Gənc Abbasqulu ağa yarımçıq qalan təhsilini də məhz burada başa vurur. Ərəb, fars dillərini, ədəbiyyatı və ilahiyyatı dərindən öyrənir. Rusların Qafqazı işğal etməsinin ardından isə Tiflisdə yerləşən canişinliyə xidmətə çağırılır. General Yermolov 1819-cu ildə onu Tiflis şəhərinə-Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə dəvət edir. O, 26 il bu vəzifədə çalışır.
Bakıxanov məmur olmaqla bərabər, 20 ildən çox səmərəli elmi və bədii yaradıcılıqla məşğul olub. O, həm də Azərbaycanda maarifçi realizmin inkişafında mühüm rol oynamış mütəfəkkir ədiblərimizdəndir. Müxtəlif illərdə yazdığı “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri onun ensiklopedik zəka sahibi olduğunu göstərir.
Bakıxanovun birinci elmi əsəri fars dilinin qrammatikasına aid “Qanuni-Qüdsi” (“Müqəddəs qanunlar”) kitabıdır. Əsər kiçik, ancaq dərin məzmunlu girişdən, “Hərflər”, “Kəlmələr” və “Cümlə” adlı üç fəsildən ibarətdir.
Görkəmli alim coğrafiya və astronomiya elmləri ilə də maraqlanıb. Coğrafiya elminə aid “Kəşfül-qəraib” (“Qəribə kəşflər”) və “Ümumi coğrafiya” adlı iki kitab ərsəyə gətirib.
Pedaqoji fəaliyyətlə də məşğul olan Bakıxanov uşaq və gənclərin tərbiyəsi ilə bağlı mülahizələrini “Təhzibül-əxlaq” (“Əxlaqın tərbiyəsi”) əsərində qələmə alıb. Cəmiyyət haqqındakı fikirlərini sistemli şəkildə şərh edən müəllif əsərində gənclər arasında lazımi əxlaq normalarına riayətdən söz açıb. Ədibin ikinci pedaqoji əsəri “Kitabi-nəsihət” və ya “Nəsihətnamə”dir. 102 nəsihətin yer aldığı əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Əsərdə dövlət başçısına, ata-anaya, böyüklərə ehtiramın vacibliyindən söz açılır, həyat və məişət məsələləri ilə əlaqədar əxlaqi nəsihətlər verilir.
Bakıxanovun tarix elmimizə bəxş etdiyi ən dəyərli hədiyyəsi isə uzun illər üzərində işlədiyi, 1841-ci ildə başa çatdırdığı “Gülüstani-İrəm” (“Cənnət Gülüstanı”) əsəridir. Özünün yazdığı kimi, “Gülüstani-İrəm” uzun illər davam edən məşəqqətli zəhmətin “barı” idi. Məhz bu əsərə görə müəllif Azərbaycanın ilk tarixçi alimi hesab edilir.
Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” əsəri olduqca zəngin mənbədir. Müəllif əsəri yazarkən tarixi abidələri, qədim sikkələri, padşah və xanların fərmanlarını, dini kitabları, “Avesta”nı, səyyahların yol qeydlərini və s. dərindən araşdırıb.
Bakıxanov ömrünün sonlarında Yaxın Şərqi səyahətə çıxır. 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat edir və həmin yerdə dəfn edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

