İstanbulda “Aşıq Mikayıl Azaflı” şeirlər kitabının təqdimatı olub
04.11.2024 [19:48]
İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türkiyə türkcəsində ərsəyə gətirilən “Aşıq Mikayıl Azaflı” şeirlər kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi və şair Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan nəşrdə ustadın əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alıb. Kitabda şeirlərin aşıq tərəfindən əl ilə yazılmış nümunələri və böyük sənətkara aid fotoşəkillər təqdim edilib.
Təqdimat mərasimində çıxış edənlər aşığın həyat və yaradıcılığından danışıb, onun Azərbaycanın saz sənətinin tanınması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.
TÜRKSOY-un Baş katibi Sultan Rayev bildirib ki, ortaq mədəni irsimizdən biri olan aşıq sənəti bütün dövrlərdə əbədi əsərlər ortaya qoyan böyük şəxsiyyətlər yetişdirib. Bu sənətçilərin əsərlərinin vaxt ötdükcə daha da dəyər kəsb etdiyinə və sonrakı nəsillərə yol göstərici olduğuna inanılıb. Bu böyük şəxsiyyətlərdən biri də Azərbaycan türklərinin tanınmış aşığı, Türk dünyasının böyük söz ustadı Aşıq Mikayıl Azaflıdır. TÜRKSOY Aşıq Mikayıl Azaflı sənətini Türkiyədəki sənətsevərlərə tanıtmaq üçün onun seçilmiş şeirlərini Türkiyə türkcəsinə tərcümə edərək yayımlamağı qərara alıb və belə bir möhtəşəm kitab hazırlayıb.
Nəşrdə Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Sazın-sözün qoca qartalı” başlıqlı məqaləsi və “Ön söz”ün müəllifi Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflının fikirləri yer alıb.
Kitabın elmi redaktoru Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, tərtibatçısı Ezgi Orludur. Nəşrdə yer alan şeirləri Türkiyə türkcəsinə Zehra Işık çevirib.
Xatırladaq ki, Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində Mədəniyyət Nazirliyimizin təşkilatçılığı ilə olduqca geniş heyətlə iştirak edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

