Professor İdris Abbasovun “Qızıl tədqiqatlar seriyası”ndan iki mühüm kitabı çap olunub
02.10.2024 [16:25]
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovunbu günlərdə Qızıl tədqiqatlar seriyasından iki kitabı işıq üzü görüb.
"Yeni Azərbaycan" xəbər verir ki, birinci kitab “Silvestr de Sasinin Ümumi qrammatikanın prinsipləri və Pyer Amede Joberin Türk dili qrammatikasının əsasları: fransız dilindən tərcümə, nəzəri və müqayisəli dilçilik müstəvisində tədqiqat və şərh” adlanır. Nəzəri və müqayisəli linqvistika, türkologiya, romanşünaslıq və Azərbaycan dilçiliyi üçün xüsusi önəm daşıyan bu komplə tədqiqat işi müəllifin intensiv əməyinin, əzm və fədakarlığının məhsuludur. Bu dəfə müəllif dilimizin qrammatikasına dair şərqşünas, dilçi və tərcüməçi Pyer Amede Jober tərəfindən 200 il bundan əvvəl Parisdə qələmə alınmış “Türk dili qrammatikasının əsasları” (1823, II nəşr 1833) və dünyaca məşhur fransız dilçisi və şərqşünası, Asiya Cəmiyyətinin qurucusu, bir çox dünya şöhrətli elm xadimlərinin, o cümlədən müqayisəli dilçiliyin banisi Frans Boppun və nəhayət, Amede Joberin müəllimi Antuan Silvestr de Sasinin “Ümumi qrammatikanın prinsipləri” (1799, II nəşr 1803) əsərlərini fransız dilindən Azərbaycan dilinə çevirmiş, onları ümumi dilçilik müstəvisində müfəssəl tədqiqat və şərhlərlə zənginləşdirib. Amedye Joberin məlum kitabı, əsasən, dilçidən əvvəl, onun yaşadığı dövrdə və ondan sonra müxtəlif dillərdə qələmə alınmış fundamental əsərlərlə müqayisə edilərək tədqiqat mahiyyətli orijinal və müfəssəl şərhlərlə Azərbaycan dilində təqdim edilir. Burada ən müxtəlif mənbələrə baş vurularaq hər iki alimin Qərb şərqşünaslığındakı və müasir dünya dilçiliyindəki layiqli mövqeyi müəyyənləşdirilir. Əsərdə Silvestr de Sasi və Amede Joberdən başqa bir çox Avropa dilçi-alimlərinin, o cümlədən Postel Qiyom, Nikola Boze, Antuan Arno və Klod Lanslo, Abel Remüza və onlarla digərlərinin müasir dilçilik baxımından xüsusi aktuallıq kəsb edən ideyaları və linqvistik töhfələri araşdırılır. Həmyerlimiz dahi Mirzə Kazımbəy özünün dünyaca məşhur olan “Türk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası) əsərini məhz fransız dilçisi Amede Joberin məlum kitabı əsasında yazıb. Rəyçi və ön sözün müəllifi əməkdar elm xadimi, akademik Nizami Cəfərov, elmi redaktor filologiya elmləri doktoru Günel Bayramova, redaktorlar filologiya üzrə fəlsəfə doktoru Elnurə Abbasova və ADU-nun Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının Baş müəllimi Xədicə Əyyubovadır. Dərin məzmunlu və əhatəli monoqrafiya elmi sanbalı, linqvistik məziyyətləri və filoloji siqləti ilə nadir örnəklərdəndir. Zəngin linqvistik-filoloji faktlar təqdim edən bu möhtəşəm əsər dəyərli tədqiqatlar üçün əvəzsiz məxəzdir. Ondan ümumi dilçilik və Türk-Azərbaycan dili mütəxəssisləri, şərqşünaslar, dil nəzəriyyəçiləri, romanşünaslar, komparativistlər, bir sözlə, ən müxtəlif profilli dilçi-filoloqlar, tədqiqatçılar, müəllim-pedaqoqlar faydalana bilərlər.
İkinci kitab “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-Royal qrammatikası”dır. XVII əsrdə Fransada universal dil layihələri dilçilik tarixinin və dil fəlsəfəsinin anlaşılmasına böyük töhfələr vermişdir. Por-Royal qrammatik konsepsiyası ümumi və rasional dil ideyasını şərtləndirən bir sistem kimi XVII əsr rasionalizminin mürəkkəb mənzərəsində aparıcı xətt, hərəkətverici impuls olmuşdur. Por-Royal qrammatikası qədim linqvistik ideyaları müasir linqvistik tədqiqat nəzəriyyələri ilə əlaqələndirən mühüm mənbədir. Sonrakı əsrlərdə dilçilikdə elmi inqilablar üçün münbit zəmin hazırlamış bu konsepsiya rasionalizmin nəzəriyyədən metoda çevrilməsi şəklində təzahür etmişdir. Por-Royal qrammatikasına həsr olunmuş bu əsər Azərbaycan romanşünaslığına qiymətli töhfədir. Kitabda, fundamental mənbələrə istinadən “Ümumi və rasional Por-Royal qrammatikası”nın elmi məziyyətlərindən bəhs olunur, əsərin dünya dilçiliyindəki layiqli yeri müəyyənləşdirilir. Klod Lanslo və Antuan Arno tərəfindən qələmə alınmış “Ümumi və rasional Por-Royal qrammatikası” (1660) və Şarl Düklonun həmin Qrammatikaya yazdığı şərhlər ilk dəfə olaraq fransız dilindən Azərbaycan dilinə tərcümə olunaraq monoqrafiyaya daxil edilir. 3 bölüm, 31 fəsil və 15 yarımfəsildən ibarət olan monoqrafiyanın müqəddiməsində müəllifin bəzi zəruri qeydləri, mülahizə və müddəaları öz əksini tapır, ümumi qrammatika – törədici qrammatika əlaqələri araşdırılır, ümumi qrammatikanın koqnitiv-semantik iyerarxiyasında cümlənin strukturu və tranzitivlik məsələlərindən bəhs olunur.
“Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-Royal qrammatikası” adlı 7 fəsildən və 4 yarımfəsildən ibarət birinci bölümdə əhatəli tədqiqatlar aparılır, orta əsr və İntibah dövrü Avropasında universal dil layihələrinin maraqlı nümunələri diqqətə çatdırılır. Bu monumental əsər romanşünaslar üçün qiymətli məxəzdir. Ondan ümumi dilçilik mütəxəssisləri, dil nəzəriyyəçiləri, müxtəlif profilli dilçi-filoloqlar istifadə edə bilərlər.
Xəbər lenti
Hamısına baxİdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34