Astanada keçiriləcək IV qurultayda dini liderlər dünyanı sülh və həmrəyliyə səsləyəcəklər
26.04.2012 [00:23]
Qurultayın mövzusundan da aydın göründüyü kimi, toplantı çərçivəsində dini liderlər əsasən, İslam və xristian dəyərləri ətrafında inteqrasiya məsələlərini müzakirə edəcəklər. Təşkilat komitəsinin məlumatına görə, qurultay, ənənəvi olaraq, plenar toplantı və ayrı-ayrı sessiyalarla öz işini davam etdirəcək.
Plenar iclasda əsas müzakirələrdən biri “Din və multikulturalizm” mövzusunda olacaq. Yeri gəlmişkən, Avropa artıq çoxdan köhnə qitədə multikulturalizm böhranının hökm sürdüyünü bəyan edib. Odur ki, bu blok çərçivəsində xalqların özünüdərk, öz milli kimliklərini inkişaf etdirmələri, eləcə də, multikulturalizm ideologiyası məsələləri geniş müzakirə olunacaq.
Qurultayın proqramına nəzər saldıqda, qarşıdakı görüşün əsasən İslam və xristian dünyası təmsilçiləri arasında effektiv diskusiyaların aparılması üçün əsl müzakirə meydanı olacağı aydın görünür. çünki xristianlar, birmənalı olaraq Avropada qadınların ictimai yerlərdə hicab və çadrada görünmələrinin qəti əleyhinədirlər. Və hətta bəzi ölkələrdə bu, qanunvericiliklə təsbit olunur. Onların iddiasına görə, tarixən xristian dininin hökm sürdüyü ölkələrdə, müasir Avropa dövlətlərinin küçələrində başıörtüklü qadınların görünməsi qəbuledilməzdir.
Təbii olaraq, burada müsəlmanlar tərəfindən qarşılıqlı ittihamların irəli sürüləcəyi də gözləniləndir.
Belə ki, Avropa ölkələrində “hicab münaqişələri” zamanı xristianlar tərəfindən İslam dininin təmsilçilərinə qarşı “olduqları ölkələrin adət-ənənələrinə riayət olunması”na dair dəfələrlə çağırışlar edilib.
Bu motivləri əsas gətirərək, müsəlman ölkələrindən olan dini liderlər, yəqin ki, demokratiyanın əsas prinsiplərini təşkil edən etiqad azadlığını və bunun nəticəsi olaraq insanların dini libasları geyməkdə seçim azadlığının olmasını avropalıların yadlarına salacaqlar. Bundan əlavə, yəqin ki, avropalıların yadlarına, həmçinin, ictimai yerlərdə xristianların bədənlərində xaç gəzdirmələri məsələsi də salınacaq. Müsəlmanları narahat edən bu mövzu Avropada o qədər aktualdır ki, hətta qurultaya Roma papası XVI Benedikt belə dəvət olunub. Onun qurultayda iştirakı isə, təbii olaraq, müsəlmanlarla xristianlar arasında davam edən “soyuq müharibə”yə son qoya bilər və bu iki din arasında “sülh dialoqu”nun başlanğıcı sayıla bilər. Belə ki, köhnə qitədə bu iki dinin təmsilçilərinin arasında davam edən “soyuq müharibə”də Roma papasının da rolu az olmayıb. (Xatırladaq ki, bir qədər əvvəl Roma papası XVI Benedikt XIV əsrdə yaşamış Bizans imperatoru II Manuildən sitat gətirərək, bildirmişdi ki, Məhəmməd Peyğəmbər dünyaya yalnız “qəzəb, kin, insanlığa yad olan əməllər gətirib. O öz əmrlərini dünyaya qılıncın gücünə yayıb, onları təbliğ edib”. Roma papasının bu sözləri İslam dünyasında kəskin narazılığa səbəb olmuşdu).
Bundan əlavə, qurultayda katolik kilsəsinin özünün siyasətini dəyişməsi ideyası ətrafında da qızğın müzakirələrin aparılacağı istisna olunmur.
Yeri gəlmişkən, qurultayda din xadimlərinin müzakirəsinə təqdim olunacaq məsələlərdən biri də qadınlara qarşı təcavüz məsələsi olacaq. Doğrudur, Qazaxıstanda gender məsələsi ideal vəziyyətdən hələ uzaq olsa da, tədbirin təşkilatçıları qadınların ailədə və cəmiyyətdə rolunun müzakirə olunmasını qurultay iştirakçılarına təklif edəcəklər. Həmçinin, qadınların, qadın təşkilatlarının mədəniyyətlərarası və dinlərarası sahədə həmrəyliyin təmin olunmasındakı rolu da qurultayda müzakirə predmeti olacaq.
Bütün yuxarıda sadalananlara rəğmən, qurultayın əsas müzakirə mövzusu, bu dəfə də, dünyada dayanıqlı sülhün təmin olunmasında dini liderlərin roluna həsr olunacaq.
Təşkilat komitəsinin yaydığı açıqlamada, qurultay çərçivəsində ABŞ prezidenti Barak Obama ilə İran İslam Respublikasının dini lideri Ayatullah Əli Xomnei arasında dialoqun aparılacağı da qeyd olunur. Sözsüz ki, mövzu İranın atom enerjisindən istifadəsinə həsr olunacaq. ABŞ prezidenti Astanaya şəxsən bu dialoqda iştirak etmək üçün gələcək. Xatırladaq ki, bir qədər əvvəl Əli Xomnei müsahibələrində nüvə silahlarından istifadənin İslam dəyərlərinə əks olduğunu bəyan etmişdi. Odur ki, Ağ Evin rəhbəri Ayatullahdan xahiş edib ki, İranın nüvə sınaqlarından yalnız dinc məqsədlər üçün istifadə etməsinə dair dəlil-sübutları toplantı iştirakçılarına təqdim etsin.
Məlumat üçün qeyd edək ki, Qazaxıstanın təşəbbüsü ilə bu ölkənin paytaxtında keçirilən ənənəvi dünya dini liderlərinin görüşü getdikcə öz əhəmiyyətini artırmaqdadır. Belə ki, iqtisadi baxımdan qeyri-sabit olan dünyada dinin həlledici faktora çevrilməsi getdikcə aktuallığını artırır.
Xatırladaq ki, Qazaxıstan dünyanın unikal ölkələrindən biridir. Respublikada, demək olar ki, dünyada mövcud olan bütün dini konfessiyaları təmsil edən 130 milli azlaqların nümayəndələri yaşayır. 16 milyon nəfərdən artıq əhalisi olan ölkədə, 42 konfessiya, 4,5 min dini birlik fəaliyyət göstərir. Dini baxışların müxtəlif olmasına baxmayaraq, ölkədə sülh və əmin-amanlıq tam təmin olunub. Bu gün dinlərarası və millətlərarası tolerantlığa dair Qazaxıstanın təcrübəsi dünyanın bir sıra ölkələrində tətbiq edilməkdədir.
Məhz bunun nəticəsidir ki, Astana, 2003-cü ildə yüksək səviyyədə dünya dini konfessiyalarının liderlərinin görüşünün keçirildiyi məkan oldu. Sözsüz ki, həmin dövrdə dünyada İslam və qeyri-islam dininin təmsilçiləri arasında artan gərginlik belə bir tədbirin keçirilməsini diktə edirdi. Təbii ki, bu səbəbsiz deyildi. İlk növbədə, “Əl-Qaidə” təşkilatının həyata keçirdiyi silsilə terror hadisələri dünyada anti-İslam əhval-ruhiyyəsini gücləndirməkdə idi. Mahiyyət etibarı ilə, 2003-cü ildə baş tutan dini liderlərin I qurultayı nəinki müxtəlif konfessiyaların nümayəndələrinin bir-biriləri ilə yaxından təmasda olmasına, bir süfrə arxasında oturmalarına nail oldu, həm də müxtəlif dini dəyərlərin ortaq nöqtəsinin tapılması, fikir mübadiləsi aparmaq üçün əsl meydan oldu. Həmin qurultayın nəticəsi olaraq, Astana bəyannaməsi qəbul olundu. Sənəddə bütün dini konfenssiyaların rəhbərləri qeyd etdilər ki, “din adından törədilən ekstremizm, terrorizm və zorakılığın digər formalarının dinin həqiqi mənası ilə heç bir əlaqəsi yoxdur, insan həyatı üçün təhlükədir və bu bütün hallarda inkar edilməlidir”. Qurultayda, həmçinin, bütün səmavi dinlərin rəhbərləri dünya xalqlarını sülh şəraitində yaşamağa, dinləri isə bir-biri ilə əməkdaşlığı gücləndirməyə səsləmişdilər.
Dini liderlərin 3 il sonra Astanada keçirilən növbəti görüşü, daha çox “ilahiyyətçilərin sammitinə” bənzəyirdi. Daha dəqiq desək, bu, təntənəli siyasi ziyafətdən başqa bir şey deyildi. Onun əsas mövzusu sülhyaratma prosesində dini liderlərin rolunun müzakirəsinə həsr olunmuşdu. O ərəfədə İslam və yəhudi dini təmsilçiləri arasında sülh dialoqunun mövcud olmasına baxmayaraq, qurultayda iştirak edən İsrail və Fələstinin dini liderləri bir-birilərinə qarşı ittihamlardan və acı sözlər söyləməkdən əl çəkmədilər. Demək olar ki, bütün qurultaylar müddətində bu iki ölkənin dini liderləri nəinki bir-birilərinə bir neçə metrədək belə yaxınlaşdılar, hətta masa arxasında tamam ayrı-ayrı tərəflərdə oturdular ki, bir-birini görməsinlər.
Və nəhayət, 2009-cu ildə baş tutan sonuncu, III qurultayda artıq təkcə kilsələrin rəhbərləri deyil, müxtəlif ölkələrin siyasi xadimləri də iştirak edirdilər. İsrailin nümayəndə heyəti qurultayda daha geniş heyətlə təmsil olunurdu, nümayəndə heyətinə şəxsən ölkə prezidenti Şomon Peres rəhbərlik edirdi. Demək olar ki, İslam ölkələrinin böyük əksəriyyətindən nümayəndələr gəlmişdilər. Həmçinin, Fransa, ABŞ, İspaniya öz nümayəndəsi ilə təmsil olunurdu. Qurultayda iştirak etmək üçün, hətta Norveçin sabiq baş naziri də Qazaxıstana gəlmişdi.
Və yekun olaraq, onu söyləmək olar ki, Qazaxıstan, eləcə də, dünya ictimaiyyəti mayın sonunda Astanada baş tutacaq dünya ənənəvi dini liderlərinin IV qurultayından çox şey gözləyir. Məhz dünyada sülhün və sabitliyin bərqərar olmasında bu liderlərdən-İslam, xristian, yəhudi, buddizm, eləcə də, digər səmavi dinlərin rəhbərlərindən çox şey asılı olacaq.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
