Siyasi məsləhətləşmələr...
01.05.2026 [11:42]
Azərbaycanın beynəlxalq proseslərdə rolu güclənir
Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda yeni çağırışlar meydana gəlir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bir sıra ölkələrlə siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil dövlətimizin beynəlxalq təşkilatlarda təmsilçiliyində də mühüm rol oynayır. Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Ölkəmizin nüfuzu müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də xüsusi vurğulanır. Son günlər ölkəmizə diplomatik səfərlərin artması, eləcə də müxtəlif ölkələrlə siyasi məsləhətlərin aparılması da bu reallığın göstəricisidir.
Yeri gəlmişkən, Podqoritsa şəhərində Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Belqrad şəhərində isə Azərbaycan ilə Serbiyanın Xarici İşlər nazirlikləri arasında sayca üçüncü konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Nataşa Raşeviç rəhbərlik edib.Məsləhətləşmələr zamanı Serbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanları nəzərdən keçirilib. Habelə iki ölkə arasında miqrasiya, ədliyyə, təhsil, əmək və sosial müdafiə sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.Görüşdə böhran vəziyyətlərində vətəndaşların konsulluq müdafiəsinin səmərəli təmin edilməsi və əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı da fikir və təcrübə mübadiləsi aparılıb.
Bundan əlavə, aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Eyni gündə, Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Kolumbiya tərəfdən isə xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria rəhbərlik edib.
Ceyhun Bayramov Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Valeriya Çukasini də qəbul edib. Görüşdə Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası da keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.
Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası...
Bu həftə ərzində Bakı şəhərində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası da keçirilib. İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Al Hajeri arasında təkbətək görüş keçirilib. Daha sonra həmsədrlərin rəhbərliyi, hər iki ölkənin səfirlərinin və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə geniştərkibli iclas baş tutub. Alt komitələr tərəfindən təqdim olunan hesabatlar əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı müzakirə edilib.
Görüş çərçivəsində ötən ilin noyabr ayında Əbu-Dabidə baş tutmuş komitənin ilk iclasından bu yana görülmüş işlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr qiymətləndirilib, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər, konkret təşəbbüslər və birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.Həmsədrlər komitənin ilk iclası çərçivəsində razılaşdırılmış yol xəritəsi və iş planlarının icra prosesini müsbət qiymətləndirərək, konkret nəticələrə yönəlmiş əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bununla yanaşı, qarşıdakı dövr üçün yeni təşəbbüslərin irəli sürülməsi, mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi ilə bağlı razılıq ifadə olunub.
İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və AZCON Holdinqin nümayəndələri iştirak ediblər.
Koreya Azərbaycanın UNESCAP-a sədrliyindən məmnundur
Bundan əlavə, xarici işlər naziri Ceyhun Bayramov ilə Koreyanın xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.Telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.Ölkəmizdə həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.
Söhbət zamanı Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.Həmçinin, Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

