Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

02.05.2026 [16:29]

Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

Şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, onlayn alış-veriş zamanı diqqətli olsunlar, tanımadıqları şəxslərə əvvəlcədən ödəniş etməsinlər, məhsulu görmədən və satıcının etibarlılığına əmin olmadan pul köçürməsinlər. Eyni zamanda, şübhəli elan və hallarla qarşılaşdıqda dərhal polis əməkdaşlarına məlumat verilməsi tövsiyə olunur.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30