Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkmənistan Prezidenti Nazirlər Kabinetində kadr dəyişikliyi edib

Türkmənistan Prezidenti Nazirlər Kabinetində kadr dəyişikliyi edib

06.06.2022 [13:04]

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov hökumətdə kadr yerdəyişmələri edib.

“Report” xəbər verir ki, dövlət başçısı hökumətin və Təhlükəsizlik Şurasının 2022-ci ilin ilk 5 ayının yekunlarına həsr olunmuş iclasında müvafiq sərəncamlar və qərarlar imzalayıb.

Beləliklə, Prezidentin sərəcamı ilə işində yol verdiyi nöqsanlara görə Esenmırat Orazgeldiyev Türkmənistan Nazirlər Kabineti sədrinin sənaye kompleksi üzrə müavini vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl Türkmənistan Prezidentinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri Annageldi Yazmıradov təyin edilib.

Bundan başqa, işində yol verdiyi nöqsanlara görə Nazirlər Kabineti sədrinin ticarət kompleksi üzrə müavini Çarı Qılıcov vəzifəsindən azad olunub. Bu vəzifəyə daha əvvəl Türkmənistanın Baş prokuroru olmuş Batır Atdayev təyin edilib.

Paylaş:
Baxılıb: 1546 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31