Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ərdoğan Putinlə danışdı: Rusiya - Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edildi

Ərdoğan Putinlə danışdı: Rusiya - Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edildi

27.03.2022 [22:51]

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bazar günü telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

"Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə olunub. Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna danışıqlar nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər", - Türkiyə Prezidentinin Dəftərxanasından jurnalistlərə bildirilib.

Ərdoğan Rusiya lideri ilə telefon danışığı zamanı həmçinin bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında sülhün təşviqinə davam edəcək.

"Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, eləcə də regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə bu prosesə öz töhfəsini verməyə davam edəcək", - Türkiyə Prezidenti Dəftərxanasından əlavə olunub.

Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30