Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı hava məkanını Rusiyaya tamamilə bağlayır

Avropa İttifaqı hava məkanını Rusiyaya tamamilə bağlayır

27.02.2022 [20:57]

Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter hesabında bildirib.

“Biz Ukraynaya dəstəyimizi gücləndiririk.

Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk”, - Ursula fon der Leyen sosial şəbəkədə yazıb.

“Birincisi, biz Aİ-nin hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq.

Onlar Aİ ərazisinə enə və ya havaya qalxa bilməyəcəklər. O cümlədən oliqarxların şəxsi təyyarələri.

İkincisi, biz Aİ-də Kremlin media maşınına qadağa qoyacağıq, o cümlədən dövlətə məxsus "Russia Today", "Sputnik" və onların törəmə şirkətlərinə. 

Biz Avropada onların zəhərli və zərərli dezinformasiyasını qadağan etmək üçün vasitələr hazırlayırıq”, - o əlavə edib.

Paylaş:
Baxılıb: 1228 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30