Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Alimlər həyəcan təbili çalır: Dünyada həyat üçün əsas təbii təhlükə nədir?

Alimlər həyəcan təbili çalır: Dünyada həyat üçün əsas təbii təhlükə nədir?

16.11.2021 [12:11]

Hazırda dünyanın gələcəyini təhdid edən təhlükələr sırasında qlobal istiləşmə, atmosferə atılan zəhərli tullantılar, Yerdə bitki örtüyünün azalması, içəmli su ehtiyatlarının tükənməsi göstərilsə də, alimlər digər böyük təhlükələr barədə də danışmağa başlayıblar. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə,  Danimarkadakı “Berlingske” nəşrinin elmi araşdırma aparan jurnalisti Lars Henrik Oqor bildirib ki, Yer kürəsində həyat üçün əsas təbii təhlükə supervulkanlardır.

Ekspert Sumatra adasında 75 min il əvvəl baş vermiş vulkan püskürməsini xatırladıb: "Böyük ərazilər 400 metrə qədər lava, his və kül təbəqəsi ilə örtülmüşdü. Vulkandan bir neçə yüz kilometr radiusda olan bütün bitki və heyvanlar bu təbəqədə əbədi olaraq basdırılmışdı".

Mütəxəssisin sözlərinə görə, vulkan o qədər böyük bir kül və qaz kütləsi atıb ki, onlardan əmələ gələn buludlar Asiyanın çox hissəsini günəş işığından qoruyub, nəticədə gecə Yerin bu hissəsinə qaranlıq çöküb.

Təbii fəlakət vulkanik qışa səbəb olduğu üçün qlobal temperaturun bir neçə il ərzində orta hesabla on dərəcə aşağı düşdüyünü qeyd edən ekspert bildirir ki, püskürmədən ötən illərdən sonra dünyaya istilik qayıdanda Yer kürəsində cəmi bir neçə min insan qalıb.

Alimlər müəyyən ediblər ki, hansı halda sakit vulkanlar püskürə bilər. Məsələn, İndoneziyanın Sumatra adasında hərəkətsiz vəziyyətdə olan Toba supervulkanını tədqiq edən geoloqlar maqmanın onun dərinliklərində toplanmasının davam etdiyinə dair əlamətlər aşkar ediblər.

Paylaş:
Baxılıb: 1199 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30