Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Tesla” yeni rekorda imza atıb

“Tesla” yeni rekorda imza atıb

05.10.2021 [16:38]

yeniazerbaycan.com-un Rusiyanın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın “Tesla” şirkəti qlobal səviyyədə tədarük zəncirindəki çətinliklərə və yarımkeçirici çatışmazlığına baxmayaraq, 2021-ci ilin üçüncü rübündə tədarük rekordu qırıb. Bu barədə elektrikli avtomobillər istehsalçısının bəyanatında deyilir: “Üç ay ərzində şirkət 241,3 min avtomobil təhvil verib. Keçən ilin eyni dövrü ilə müqayisədə satışlar 72 faiz artıb. Yalnız doqquz ay ərzində “Tesla” müştərilərə 627 min elektrik avtomobili çatdırıb”.

Qlobal avtomobil sənayesi yarımkeçirici çatışmazlığından əziyyət çəkməsinə baxmayaraq, “Tesla”nın rekord rəqəmlərə çata bilməsini şərh edən “Bloomberg”in analitiklərinə görə, ilin üçüncü rübündə şirkətin qazancı təxminən 1,1 milyard dollar, gəlirləri isə 13 milyarda yaxın olacaq.

Sentyabr ayında rekord sayda elektrikli avtomobil satdığı Norveç “Tesla” üçün ən uğurlu bazarlardan biri olub. Norveçdən verilən məlumata görə, 2021-ci ilin sentyabr ayında satılan bütün yeni avtomobillərin 77,5 faizini elektrikli avtomobillər təşkil edir. Əvvəlki ildə, eyni dövrdə, norveçlilər ümumi elektrikli avtomobillərin 61,5 faizini alıblar.

Xatırladaq ki, sentyabr ayında “Forbes” jurnalı “Tesla”nın qurucusu İlon Maskı dünyanın ən varlı adamı olaraq tanıyıb. Onun sərvəti 1,89 faiz artıb və hazırda 203,4 milyard dollar olaraq qiymətləndirilir.

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30