Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hansı ölkə OPEC-ə qayıtmayacaq?

Hansı ölkə OPEC-ə qayıtmayacaq?

23.09.2021 [14:57]

Türkiyənin “Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, hazırda təbii qaz qiymətlərində yüksək artım şəraitində belə Qətər dövlətinin əsas neft ixrac edən ölkələrin birləşdiyi OPEC-ə qayıtmaq fikri yoxdur. Bu barədə açıqlamanı Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gastech” beynəlxalq konfransında iştirak edən Qətərin Enerji məsələləri üzrə dövlət naziri, “Qatar Petroleum” şirkətinin baş icraçı direktoru Saad Şerida Əl-Kaabi verib.

Onun sözlərinə görə, hazırda təbii qazın qiymətinin yüksək olması qaz sənayesinə lazımınca investisiya qoyulmadığını göstərir: “Rəsmi Doha daxili qaz infrastrukturuna böyük sərmayə qoymaq əzmindədir. Təbii qaza tələbat artır. Ancaq bütün ölkələrin ehtiyaclarını ödəmək mümkün deyil. İndiki vəziyyət, fikrimcə, qaz sektoruna kifayət qədər sərmayə qoyulmaması ilə əlaqədardır”.

Xatırladaq ki, dünyanın ən böyük maye qaz ixracatçısı olan Qətər OPEC-dən 2019-cu ilin yanvarında çıxıb.

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30