Ermənistanda hakimiyyətlə müxalifət arasında ziddiyyətlər dərinləşir
14.08.2021 [00:15]
Ermənistanın yeni parlamenti artıq iki həftədir öz işinə başlasa da, müxalifətin təmsilçilərinin parlamentin işini pozmağa yönəlmiş fəaliyyəti sayəsində yaranan böhran qanunverici orqanda daimi komissiyaların formalaşdırılmasını da yubadıb. Erməni mediası yazır ki, davam edən qarşıdurma parlament sədri və müavinlərinin seçkisində olduğu kimi, komissiya rəhbərlərinin də seçilməsini çətinləşdirib. Vitse-spiker postuna müxalifətin namizədinin seçilməsində olduğu kimi, daimi komissiyalara müxalifətdən olan namizədlərin sədr seçilməsi də iki gün davam edən müzakirələr və qalmaqallardan sonra baş tutub. Ümumiyyətlə, Ermənistan parlamenti dördgünlük müzakirələrdən sonra 12 daimi komissiyanın üzvlərini və rəhbərlərini seçə bilib.
Qeyd edək ki, 12 daimi komissiya sədrindən cəmi 3-ü müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından olub. “Panorama.am” yazır ki, avqustun 12-də gec saatlarda parlamentin hesablama komissiyasının sədri Narek Babayan daimi komissiya sədrlərinin namizədliyi ilə bağlı qapalı səsvermənin nəticələrini təqdim edib. Həm hakim siyasi qüvvə, həm də müxalifət fraksiyalarından daimi parlament komissiyaları vəzifəsinə irəli sürülən bütün namizədlər səs çoxluğu ilə seçilib. Ümumilikdə, parlamentdə 12 komissiya fəaliyyət göstərəcək, onlardan 9-na hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələri, qalanlarına isə müxalifətin namizədləri rəhbərlik edəcək.
Qeyd edək ki, hakimiyyət təkcə parlamentdə deyil, məhkəmə sistemində də mövqeyini möhkəmləndirməyə çalışır. Erməni mətbuatı yazır ki, hakimiyyətin sifarişini qəbul etməyən hakimlər təzyiq və təsirlərə məruz qalırlar. Məsələn, “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, Cəza apelyasiya məhkəməsinin bəzi hakimləri yaxın vaxtlarda təhlükəsizlik xidmətinə (TX) çağırılacaqlar: “Bu, ali məhkəmə şurasının sədri Qagik Cahangiryanın TX istintaq idarəsinin rəisinə müraciəti əsasında baş tutacaq. Həmin iş çərçivəsində TX yaxın vaxtlarda dindirilməli olan hakimlərin siyahısını hazırlayıb”.
Yeri gəlmişkən, qəzet yazır ki, hakimiyyət Qafan bələdiyyəsi və şəhərin bələdiyyə sədri postunu da ələ keçirmək istəyir. Qafandan olan deputat Anna Qriqoryan deyib ki, hakimiyyət bələdiyyə üzvlərinin istefa verməsini təmin edib ki, bu da yaxın gələcəkdə həmin orqana seçkilərin keçiriləcəyi deməkdir. Xatırladaq ki, Qafan şəhərinin meri Gevork Parsyan növbədənkənar parlament seçkilərində əhaliyə heç bir halda baş nazir Nikol Paşinyana səs verməmək barədə çağırış hesab edilən açıqlamasına görə həbs olunub. Nəşrin mənbələrinə görə, hakimiyyət artıq bələdiyyə başçısı postuna namizəd barədə qərar verib və o, hakim fraksiyanın deputatı David Danielyandır.
Erməni mətbuatı yazır ki, bu günlərdə hökumət öz proqramını parlamentə təqdim etməyə hazırlaşır. Bəzi ekspertlərin fikrincə, hakimiyyət artıq parlamentdə müxalifətin müqavimət göstərməyə hazırlaşdığını dəqiq bilir. “Aysor.am”ın xəbərində yeni proqramın təqdimatı zamanı baş nazir N.Paşinyanın müxalifətin suallarını cavablandırmaq istəmədiyi, bu işdə əsas rolun baş nazirin müavini Suren Papikyana həvalə edildiyi qeyd edilir. Xatırladaq ki, VIII çağırış Ermənistan parlamentinin payız sessiyası sentyabrın 13-də keçiriləcək, daimi komissiyalar isə öz işinə sentyabrın 6-da başlayacaq.
Beləliklə, ekspertlərin fikrincə, məğlub ölkəni payızda ciddi təlatümlər gözləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

