Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22.06.2021 [08:49]
Məlum olduğu kimi, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə qalib gəlib.
Qeyd edək ki, iyunun 21-də səhərə yaxın Ermənistan ərazisində mövcud olan 2008 seçki məntəqəsində səslərin sayılması prosesi yekunlaşdıqdan sonra Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan mətbuat konfransı keçirərək ilkin nəticələri elan edib. “News.am”ın yaydığı məlumata görə, seçicilərin 53,92 (687,414) faizi Paşinyanın sədri olduğu “Vətəndaş müqaviləsi” partiyasına, 21,04 (268,300) faizi Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna, 5,23 (66,647) faizi təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbəri olduğu “Şərəfim var” blokuna səs verib. İş adamı Qagik Çarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,95 (50.419) faiz səslə dördüncü yerlə kifayətlənməli olub. MSK sədri T.Mukuçyanın qeyd edib ki, təqdim olunan məlumatlar ilkindir, yekun nəticələr səsvermədən yeddi gün sonra elan olunacaq.
Erməni mediası yazır ki, ənənəyə uyğun olaraq Ermənistanda keçirilən budəfəki seçkilər də insidentsiz ötüşməyib. Eyni zamanda, seçki günü ciddi qanun pozuntularına da rast gəlinib. Belə ki, bəzi məntəqələrdə çox sayda bülletenin seçki qutularına bir nəfər tərəfindən atılması halları da qeydə alınıb.
“Panorama.am” yazır ki, Ararat vilayətində seçki məntəqələrindən birində atışma olub. İnsident Ararat vilayətinin Masis rayonunun Azataşen kəndindəki seçki məntəqəsinin yaxınlığında baş verib. Ermənistan polisinin verdiyi məlumata görə, seçki məntəqəsinin kənarında iki siyasi qüvvənin - “Çiçəklənən Ermənistan” partiyası ilə Verelk (“Yüksəliş”) partiyası nümayəndələri arasında mübahisə tapançadan atəş açılmasına qədər gedib çıxıb. Sayt yazır ki, seçki günü “Şirinyan-Babacanyan demokratlar alyansı” blokundan baş nazir vəzifəsinə namizəd, keçmiş deputat Arman Babacanyanın avtomobili də atəşə tutulub.
Bu arada, N.Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının Ermənistanın yeni hökumətini quracağını bildirib. “Aysor.am”ın yazdığına görə, Paşinyan bəyan edib ki, yeni parlamentdə “Vətəndaş müqaviləsi” partiyası konstitusiya çoxluğuna malik olduğu üçün hökuməti qurmaq hüququ əldə edəcək.
Göründüyü kimi, seçki baş tutsa da, məğlub ölkədəki hazırkı vəziyyət onu deməyə əsas verir ki, Ermənistanda siyasi qarşıdurma səngiməyəcək. Belə ki, hakim partiyanın əsas rəqibi “Ermənistan” blokunun deputat mandatlarından imtina məsələsi də gündəmdədir. Ekspertlərin fikrincə, ölkədə yenidən kütləvi etiraz aksiyaları başlaya bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

