Ermənistanda qarşıdurma pik həddinə çatıb
24.02.2021 [09:06]
Müxalifət partiyalarının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın 20 fevralda keçirilən sonuncu ümumrespublika mitinqindən sonra Ermənistanda vəziyyət daha da gərginləşib. Yerli mətbuatın yazdığına görə, müxalifətin ötən şənbə elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları iki gündür Yerevanın müxtəlif yerlərində davam edir. Fevralın 23-də səhər hökumət binasının üçüncü korpusunda toplaşan etirazçılar baş nazir Nikol Paşinyanın binaya daxil olmasının qarşısını almağa çalışıblar. Əraziyə çox sayda polis qüvvələri cəlb edən hakimiyyət aksiya iştirakçılarına qarşı güc tətbiq edib və həbslər həyata keçirib.
Digər tərəfdən, Paşinyan hüquq-mühafizə orqanlarına müxalifətçilərin həbsini davam etdirməyi tapşırıb. Belə ki, 20 fevral mitinqindən əvvəl saxlanılanlardan bəziləri azad edilsələr də, müxalifət nümayəndələrinin bir çoxu məhkəmə tərəfindən həbs olunublar. Onu da xatırladaq ki, “News.am”ın hüquq müdafiəçisi Ruben Melikyana istinadən yaydığı məlumata görə, sonuncu yürüş zamanı polis xüsusi istintaq xidmətinin binasına yumurta atan yeniyetməni də həbs edib.
Medianın yaydığı digər xəbərə görə, artıq “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyanın həbsinə də hazırlıq gedir. Baş prokurorluğun mətbuat xidmətindən “Novosti-Armenia” agentliyinə verilən məlumata görə, Ermənistan baş prokurorluğu V.Manukyanın sonuncu mitinqdə hakimiyyəti ələ keçirməklə bağlı açıqlaması ilə əlaqədar Ermənistan CM-nin 301-ci maddəsi (konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar) əsasında cinayət işi açıb. Belə ki, 20 fevraldakı mitinq zamanı Manukyan mövcud hakimiyyətdən xilas üçün A və B planlarını təklif edib: “B planına görə, qiyamla ildırım sürəti ilə hakimiyyəti ələ keçirməyə hazır olmalısınız”.
Xatırladaq ki, V.Manukyanın açıqlaması təkcə ona qarşı cinayət işinin açılması ilə yekunlaşmayıb. Bununla bağlı hakim komandadan kəskin reaksiya gəlib. Belə ki, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, “Mənim addımım” blokunun deputatı Andranik Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə bildirib ki, müxalifətçilər hökumət binalarını ələ keçirməyə cəhd edərlərsə, bu zaman dövlət atəş açmaq hüququnu özündə saxlayır: “Qoy onlar bu binaların dövlətin himayəsində olduğunu düşünsünlər. V.Manukyan başqalarını ölümə göndərməməlidir”.
“Panorama.am” isə yazır ki, ötən həftə “Çiçəklənən Ermənistan” fraksiyasını tərk edən müstəqil deputat Gevork Petrosyan da deputat A.Koçaryanın açıqlamasına münasibət bildirib: “Bunu parlamentin daimi komissiyasının sədri söyləyir. O, xalqımızı qorumaq əvəzinə, onu təhdid edir. Əgər məsələləri atəş yolu ilə həll etmək mümkün idisə, niyə 2018-ci ildə ictimai radionun binasını işğal etdiyiniz zaman sizə atəş açmadılar?”
G.Petrosyanın sözlərinə görə, parlamentin binasını mühasirəyə almaq lazımdır: “Parlamentin binasını mühasirəyə almaq, daha sonra “Mənim addımım” blokundan olan deputatları ora gətirmək lazımdır ki, indiki baş nazir N.Paşinyana etimadsızlıq göstərsinlər”.
Onu da qeyd edək ki, hakimiyyətin əhaliyə atəş açmaq barədə hədəsinin səbəbkarı olan V.Manukyan isə hakimiyyətin buna cəsarət etməyəcəyini düşünür: “Paşinyan hakimiyyəti əldə saxlamaq üçün bu addımı atmağı düşünə bilər. Ancaq buna cəsarət edə bilməz və etməyəcək”.
Mitinqdə işlətdiyi ifadələrə görə haqqında cinayət işinin başlanmasına münasibət bildirən Manukyan hakimiyyətin belə bir addım atmasının gözlənilən olduğunu qeyd edib.
Beləliklə, məğlub Ermənistanda siyasi böhran yenidən pik həddinə çatıb. Müşahidəçilərin fikrincə, istefa tələbi ilə fasiləsiz vətəndaş itaətsizliyi aksiyalarına başlayan müxalifətə qarşı hakimiyyətin repressiyaları və hədələri vəziyyətin daha gərginləşməsinə gətirib çıxaracaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

