Manevr imkanları tükənən Paşinyan hakimiyyəti çətin durumda...
17.02.2021 [08:58]
Son günlər məğlub Ermənistanda hökumətə qarşı kütləvi etiraz aksiyalarının genişlənməsi müşahidə edilir. Müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın Yerevanın mərkəzində təşkil etdiyi kütləvi aksiyalarla yanaşı, müharibədə itkin düşənlərin yaxınları, habelə işğalçı dövlətin ordusunda xidmət etmiş hərbçilər hakimiyyətə qarşı yürüş və piketlər keçirirlər. Erməni mətbuatının yazdığına görə, birləşmiş müxalifətin fevralın 20-nə təyin etdiyi ümumrespublika mitinqində Paşinyan hakimiyyətinin güc tətbiq edəcəyi və polislə toqquşma baş verəcəyi də istisna olunmur.
Onu da qeyd edək ki, vəziyyətdən istifadə edən baş nazir Nikol Paşinyan və onun komandası növbədənkənar parlament seçkisini də gündəmdən çıxarmağa cəhd edir. Hakim “Mənim addımım” blokunun növbədənkənar seçki keçirmək fikrindən imtina etməsinə dair qərarına münasibət bildirən “Maariflənən Ermənistan” partiyasının deputatı Taron Simonyanın sözlərinə görə, Paşinyan istefa verəcəyi təqdirdə parlamentdə hakim fraksiyadan kiminsə özünü baş nazir vəzifəsinə namizəd göstərə biləcəyindən qorxur. “News.am”a verdiyi açıqlamada T.Simonyan deyib ki, bununla da hazırkı baş nazirin, hətta öz müavinlərinə və rəhbərlik etdiyi siyasi bloka da etibar etmədiyi ortaya çıxıb: “İkinci səbəb odur ki, hakimiyyətdəkilər reytinqlərinin kifayət qədər aşağı olduğunu bilirlər və ona görə də növbədənkənar parlament seçkiləri keçirmək istəmirlər”.
Mövcud hakimiyyətə qarşı mübarizədə müxalifətin passiv olması ittihamlarına da münasibət bildirən deputatın sözlərinə görə, baş nazirin istefa verməsi üçün müxalifət əlindən gələni edir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, müxalifət Paşinyanın dayaqlarını məhv etməyi qarşıya hədəf kimi qoyub. “Panorama.am” yazır ki, “Vətənin xilası naminə hərəkat”ın baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan deyib ki, Paşinyan bir neçə səbəbə görə könüllü olaraq baş nazir vəzifəsindən istefa verməyəcək: “Hər şeydən əvvəl, hakimiyyəti itirəndən sonra onu gözləyən məsuliyyətdən qorxur. İkincisi, ömrü boyu heç nə görməmiş insanlar hakimiyyətə gəldilər, zövq aldılar və bundan asanlıqla vaz keçmək istəmirlər. Bu vəziyyətdə hakimiyyətin arxalandığı dayaqları tamamilə sıradan çıxarmaq lazımdır. Onlardan biri “Mənim addımım” fraksiyası, digəri isə yüksəkrütbəli polislərdir. “Mənim addımım” fraksiyasından çıxmayan deputatları xain hesab edəcəyik. Baş nazirə xidmət edən yüksəkrütbəli polis məmurları da xaindirlər. Adlarını dərc edəcəyik, bu insanların küçələrdə gəzməsinə imkan verməyəcəyik”.
20 fevral mitinqində polisin güc tətbiq etməsi məsələsinə münasibət bildirən V.Manukyan deyib ki, həmin aksiya o qədər böyük olacaq ki, polisin onu dağıtmağa sadəcə gücü çatmayacaq. Məsələni silah yolu ilə həll edəcək qüvvələrin meydana çıxması ehtimalına gəldikdə isə Manukyan deyib ki, bunun siyasi həll variantları tükəndiyi zaman baş verəcəyinə əmindir: “Təəssüf ki, hakimiyyətdəkilər təhlükəli addımlar atırlar. Kim bizə qarşı əl qaldırsa, bizdən cavab zərbəsi alacaq. Nifrətə qarşı nifrət, aqressiyaya qarşı aqressiya görəcəklər”.
Bu arada, erməni mediasının məlumatına görə, politoloq Hrant Melik-Şahnazaryan da əhalini 20 fevralda Azadlıq meydanında keçiriləcək mitinqə qoşulmağa çağırıb: “Yalnız bir tələb var - xain hakimiyyətin getməsi. Hamını bu mübarizəyə qoşulmağa çağırıram! Ayağa qalxmalıyıq. Əks təqdirdə məğlub olacağıq, hər şeyi itirəcəyik”.
Ekspertlərin fikrincə, yaranmış vəziyyət yaxın günlərdə Ermənistanda növbəti ciddi qarşıdurmanın olacağına dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

