Məğlub Ermənistanda istefalar və etirazlar dalğası davam edir
24.11.2020 [09:00]
Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Artıq 15 günə yaxındır ki, paytaxt Yerevanda, baş nazir Nikol Paşinyan başda olmaqla indiki hökumətin istefası tələbi ilə yürüş və mitinqlər davam edir. Bununla yanaşı, artıq Paşinyanın tərəfdarlarının da küçələrə çıxması yaxın günlərdə açıq qarşıdurmanın mümkünlüyündən xəbər verir. Yerli mətbuatın yazdığına görə, hakimiyyətin əleyhinə çıxış edənlərə qarşı təqib və həbslərin də ardı-arası kəsilmir.
İşğalçı ölkədə növbəti repressiyaya sabiq baş qərargah rəisi, Müdafiə nazirliyinin (MN) İnspeksiya xidmətinin keçmiş rəisi Movses Hakopyan məruz qalıb. Onun Xüsusi istintaq xidmətinə (XİX) çağırılmasının səbəbi istefa verdikdən bir gün sonra mətbuat konfransı keçirməsi olub. “Hraparak” qəzetinin məlumatına görə, M.Hakopyanın mətbuat konfransında istefanın səbəbləri barədə verdiyi sensasiyalı açıqlamalar Paşinyanı bərk qəzəbləndirib.
Xatırladaq ki, sözügedən general Paşinyanın arvadı Anna Hakopyana irad bildirdiyinə görə döyüş əməliyyatlarına nəzarətdən kənarlaşdırılan və təcili olaraq Yerevana çağırılan şəxsdir. M.Hakopyan mətbuat konfransında bu və digər məsələlər, o cümlədən məğlubiyyətin səbəbləri barədə ictimaiyyətə məlumat verib.
“Aysor.am” saytı isə yazır ki, müxalif “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib ki, general M.Hakopyanın elan etdiyi faktlardan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hakimiyyətdə qala bilməz. Saytın yazdığına görə, beynəlxalq ekspert Suren Sarkisyan isə deyib ki, hakimiyyətin səhvləri nəticəsində Ermənistan tezliklə ağır reallıqla qarşılaşacaq: “Beləliklə, xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq. Ermənistan dövlət kimi beynəlxalq hüququn subyekti səviyyəsindən də aşağı statusa enəcək. Ermənistan artıq daha güclü bir ölkə ilə mübarizə aparan və qələbə qazanan bir dövlət deyil. Bundan sonra Ermənistan öz təhlükəsizliyinin qarantı da ola bilməz”.
Bu arada Ermənistanın hərbi-siyasi rəhbərliyində istefalar da davam edir. Müdafiə naziri David Tonoyan da istefa verib. Onun yerinə baş nazirin hərbi məsələlər üzrə sabiq köməkçisi Vaqarşak Harutyunyan təyin edilib.
Yeri gəlmişkən, qeyd edək ki, baş nazirin istefasını asanlaşdırmaq üçün parlamentdəki müxalifət partiyaları ölkədə hərbi vəziyyətin ləğvinə çalışır. “News.am” saytı yazır ki, Ermənistan parlamentinin deputatlarının təşəbbüsü ilə 26 noyabrda bu məsələyə baxılması üçün növbədənkənar iclas keçiriləcək.
Buna baxmayaraq, Paşinyanın istefası tələbi ilə müxalifətin kütləvi etiraz aksiyaları davam edir. 21 noyabrda keçirilən etiraz aksiyası zamanı səslənən fikirlər N.Paşinyanın “qaniçən diktator” simasını ortaya qoyur. Belə ki, Təhlükəszilik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan vaxtilə İcevanda keçirilən etiraz aksiyasını xatırladaraq deyib ki, həmin hadisələr zamanı baş nazir ona və polis xidmətinin keçmiş rəisi Valeri Osipyana əmr edib ki, “şəhərdə qan su yerinə axmalıdır”. A.Vanetsyan mitinqdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İcevanla bağlı dediklərini heç kim təkzib edə bilməz. Onun sözlərinə görə, baş nazir V.Osipyana “Alfa” dəstəsi ilə birlikdə İcevana getməyi və xalqa divan tutmağı əmr edib.
“News.am” saytı isə yazır ki, Yerevanda etiraz aksiyaları davam edir. Belə ki, noyabrın 23-də itkin düşmüş hərbçilərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin qarşısında mitinq keçiriblər. Müdafiə naziri ilə görüş tələb edən aksiya iştirakçıları tələbləri qəbul olunmasa, başqa addımlar atacaqları barədə xəbərdarlıq ediblər.
Beləliklə, bütün siyasi qüvvələrin istefasını tələb etdiyi və hökumətində “yarpaq tökümü” davam etdiyi halda ciddi müqavimət göstərən N.Paşinyan ölkədə vətəndaş müharibəsinə qədər gedib çıxacaq qarşıdurmaya zəmin yaradır. Eyni zamanda, yerli və xarici müşahidəçilər işğalçı ölkədə bütün sahələrdə vəziyyətin acınacaqlı olduğunu, Paşinyan devrilsə belə, Ermənistanın fəlakətlə üzləşəcəyinin qaçılmaz olduğunu düşünürlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

