Şarmazanovdan Paşinyana tərs sillə
27.12.2018 [09:43]
Yaxud Paşinyanın gətirdiyi “ilk”lər işğalçı ölkədə narazılığı və qütbləşməni daha da dərinləşdirib
Son günlər istefa və etiraz aksiyalarının geniş vüsət aldığı Ermənistanda vəziyyət hər keçən gün daha da gərginləşir. Lakin baş nazir vəzifəsini icra edən Nikol Paşinyan nəinki işğalçı ölkədə bu gərginliyin aradan qalxmasına çalışır, əksinə məhz onun “islahatları” nəticəsində işsiz qalan vətəndaşların müraciətinə etinasız yanaşmaqda davam edir. Bütün bu uğursuzluqlarını “konstitusiyanın qəbulundan bəri Ermənistan tarixində ilk dəfədir ki, parlament seçkilərinin nəticələrindən konstitusiya məhkəməsinə şikayət olunmaması” iddiası ilə ört-basdır etməyə çalışan Paşinyan nədənsə budəfəki parlament seçkilərində ciddi qanun pozuntuları və saxtakarlıq olması barədə vətəndaşlar tərəfindən hüquq-mühafizə orqanlarına, həmçinin digər qurumlara çoxsaylı şikayətlərin daxil olması faktlarını görməzdən gəlir.
Elə Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da öz Facebook səhifəsindəki statusunda bu məqamları xatırlatmaqla yanaşı, bu ilin mayında hakimiyyətə yiyələnən N.Paşinyanın Ermənistana gətirdiyi, lakin qürrələnmək üçün əsası olmayan “ilk”ləri bir-bir sadalayıb.
Həmin statusda əvvəlcə bu günlərdə hökumətdə aparılan “islahatlar” haqqında qeyd edən E.Şarmazanov iki nazirliyin ləğv olunmasının cəmiyyətdə heç də birmənalı qarşılanmadığını bildirib. Hazırda Ermənistanı bürüyən tətillərin və etiraz aksiyalarının səbəbi hesab olunan bu “islahat”a toxunan partiya funksioneri, doğrudan da, Ermənistanda ilk dəfə olaraq bir nazirliyin yerli-dibli ləğv edildiyini (diaspor nazirliyi), həmçinin respublika tarixində ilk dəfədir ki, mədəniyyət nazirliyinin səlahiyyətlərinin başqa nazirliyə və quruma verilməklə yanaşı, minlərlə vətəndaşın işsizliklə üz-üzə qoyulduğunu vurğulayıb. O qeyd edib ki, son nəticədə ilk dəfə olaraq minlərlə Ermənistan vətəndaşı Yeni ili “işsiz statusu” ilə qeyd edəcək.
Keçmiş vitse-spiker yazıb ki, 2018-ci ildə Ermənistanın əldə etdiyi “ilk”ləri sırasına işğalçı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu itirməsi də daxil edilməlidir. Qeyd edək ki, KTMT-nin baş katibi vəzifəsini tutan Ermənistan tərəfinin nümayəndəsi Yuri Xaçaturovun bu vəzifədən azad edilməsindən sonra qurumun bu postuna təyinat olmadı. Baxmayaraq ki, Ermənistan başqa bir şəxsi namizəd olaraq irəli sürmək istədi. Əvəzində MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində KTMT üzvü olan aparıcı dövlətlərin rəhbərləri əlifba sırasına uyğun olaraq bu qurumun baş katibi postuna Belarusun nümayəndəsinin təyin olunmasını məqsədəuyğun saydılar. Belarusun namizədi Stanislav Zas isə, Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan digər dövlətlərə səfər edərək namizədliyi üçün dəstək alıb.
N.Paşinyanın mütləq hakimiyyətinin təmin olunmasına şərait yaradan parlamentin “formalaşdırılması” prosesi də Ermənistan tarixində “ilk”lərdən biri olub. Belə ki, E.Şarmazanovun da təmsil olunduğu əsas müxalifət partiyası 5 faizlik həddi keçə bilməyib. Proqnozların əksinə olaraq, siyasi mübarizədə terrorçuluğu istisna etməyən “Daşnaksutyun” partiyasının da parlamentə düşməməsi Ermənistanda ilk dəfə baş verir. Buna görə də E.Şarmazanov hesab edir ki, ilk dəfədir Ermənistan “real müxalifətsiz” parlamentə malikdir.
Lakin bu da son deyil. Belə ki, N.Paşinyanın hibrid hakimiyyətinin dövründə kilsə və hakim rejim arasında ilk dəfədir ki, münasibətlər olduqca “sərinləşib”. Bunun əsas səbəbi Ermənistanın tarixində ilk dəfə olaraq katolikos II Qareginə qarşı “bizneslə məşğul olması” ittihamı irəli sürülməsi və bütün ermənilərin katolikosunun iqamətgahının ələ keçirilməsi olub. Yeri gəlmişkən, kilsə ilə qarşıdurma zamanı katolikosa qarşı etiraz aksiyalarının iştirakçı və təşkilatçıları arasında homoseksuallar üstünlük təşkil edib. Elə E.Şarmazanov da son dövrlər N.Paşinyanın homoseksuallara havadarlıq etməsinin nəticəsi olaraq, cinsi azlıq nümayəndələrinin polislərə hücum etməsini mövcud hakimiyyətin əsrarəngiz fəaliyyətinin “ilk”lərindən hesab edir.
Ən nəhayət, E.Şarmazanov hazırda Ermənistanda cəmiyyətin qütbləşməsi prosesinin əsası hesab edilən N.Paşinyanın başlatdığı ayrı-seçkilik siyasətinin nəticəsinə də toxunub. Onun sözlərinə görə, baş nazir vəzifəsini icra edən N.Paşinyanın kütləvi aksiyalar zamanı çıxışlarında da təkrar etdiyi xalqın “qara” və “ağ”lara bölünməsi prosesi də Ermənistanda ilk dəfə baş verir.
Hazırda müxalifətin nümayəndəsi hesab olunan sabiq vitse-spiker digər “ilk”lərin də daxil olduğu bütün bu “yenilik”lərin yalnız son 8 ay ərzində baş verdiyini xüsusi vurğulayıb. Ən maraqlısı da odur ki, bu yenilik və hadisələrin heç biri müsbət dəyişiklik kimi qiymətləndirilmir. Hətta bəzi erməni ekspertlər hesab edirlər ki, yeni ildə Ermənistanda mövcud olan işsizlər ordusuna minlərlə yeni vətəndaş qoşulacaq, cəmiyyətdə artan narazılıqlar və yaranan qütbləşmə yeni qarşıdurmalara gətirib çıxaracaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

