Cənubi Qafqazın forpost dövləti siyasi xaosdan qurtula bilmir
29.10.2016 [10:47]
İşğalçı ölkədə hökm sürən total böhran nəticəsində hakimiyyətdəki hərbi xunta çıxılmaz vəziyyətdədir
Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıyadır. Hakimiyyətdə olan hərbi xuntanın həyata keçirdiyi tədbirlər işğalçı ölkədə ictimai-siyasi narazılıqları artırıb. Ümumiyyətlə, regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşən, daxili və xarici siyasətdə ciddi uğursuzluqlara düçar olan Ermənistan siyasi xaosdan qurtula bilmir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, ölkə faktiki olaraq iflasın astanasındadır. Ekspertlərin proqnozları Sarkisyan hakimiyyəti üçün yalnız bədbin gələcək mənzərəsi yaradır. Siyasi şərhçilər vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər. Birmənalı şəkildə ifadə olunur ki, hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verir.
Yeri gəlmişkən, Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. “Armenia today” yazır ki, ölkədə vətəndaş hərəkatı qüvvələri hökumət əleyhinə mitinq keçiriblər. Etirazçılar iyulun 17-də post-patrul alayının binasına hücumla bağlı həbs olunan Sarı Tax məhəlləsinin sakinlərinin sərbəst buraxılmasını tələb edirlər. Bundan başqa, prezident administrasiyası binası qarşına yürüşlə başlayan mitinqin iştirakçıları ölkədəki ağır sosial vəziyyətdən şikayətləniblər. Bildirilir ki, İrəvanın Sarı Tax məhəlləsində keçirilən mitinqlər zamanı dünya Ermənistandakı özbaşınalıqların bir daha şahidi oldu. Polis sadə vətəndaşlara güc tətbiq edib, dinc nümayişçilərə qarşı çoxsaylı zorakılıq hərəkətləri müşahidə olunub. Mənbənin məlumatına görə, post-patrul alayının binasına hücum zamanı yaranmış qarşıdurmada xeyli sayda vətəndaş həbs olunub. Qeyd edilib ki, 3 aydır həbsdə saxlanılan Sarı Tax sakinlərini 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözləyir.
“Tert.am” isə yazır ki, ictimai-siyasi gərginliyin azaldılmasının yeganə yolu iqtisadi tənəzzülün qarşısını almaqdır ki, bunu da hökumətin gücsüzlüyü istisna edir. Çünki Sarkisyan hakimiyyəti hər hansı bir islahat aparmaq əzmində deyil. Mənbədə o da qeyd olunub ki, ölkədə böyük əksəriyyət yoxsulluqdan əziyyət çəkir. Erməni Milli Konqresinin parlament frasksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, böhranın bir nömrəli səbəbkarı hökumətdir. Onun sözlərinə görə, artıq gələcəyə heç bir ümid qalmayıb.
Ermənistan KİV-i diqqəti əsas etibarilə iki neqativ tendensiyaya cəlb edir. Birincisi, ölkədə hökm sürən ictimai-siyasi gərginlik sabitlik və təhlükəsizlik mühitinin mövcud olmamasından, insan hüquqlarının kütləvi şəkildə pozulmasından irəli gəlir. İkincisi isə, sosial-iqtisadi tənəzzül, bütün sahələrdə total böhranın müşahidə olunması Ermənistan dövləti və cəmiyyətini bədbinliyə düçar edir. “Tert.am” saytının məlumatına görə, Ermənistan iqtisadiyyatı defolt təhlükəsi qarşısındadır, hökumət isə yaranan problemi həll edə bilmir. Məlumata görə, Ermənistanın xarici borcları 5,5 milyarda yaxınlaşıb ki, bu, rekord göstəricidir. İlin birinci rübünün yekunlarına görə, dövlət borcu ÜDM-in 57 faizini üstələyir. Artıq ölkə iqtisadiyyatı defolt təhlükəsi ilə qarşı-qarşıyadır. Büdcədə lazımi qədər vəsaitin olmaması isə götürülən borcları qaytarmağa imkan vermir.
Beləliklə, işğalçı ölkədə hökm sürən total böhran nəticəsində hakimiyyətdəki hərbi xunta çıxılmaz vəziyyətdədir. Sarkisyan hakimiyyətinin və bu ölkənin gələcək taleyinə dair nikbin proqnozlar vermək isə mümkünsüzdür.
Nurlan
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

