Ermənistanda hakimiyyət böhranı dərinləşir
13.10.2016 [10:02]
İşğalçı ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə daha da ağırlaşması iqtidar daxilində ciddi narazılıqların yaranmasını şərtləndirib
Ermənistanda sosial-iqtisadi vəziyyətin getdikcə daha da ağırlaşması ictimai-siyasi gərginliyi də artırıb. Serj Sarkisyan hakimiyyətinin həyata keçirdiyi yarıtmaz siyasət işğalçı ölkədə ağır demoqrafik böhrana səbəb olub. Səfalət içində qıvrılan erməni xalqı ölkədən qaçış yollarını axtarır. UNİCEF-in Ermənistan Statistika Xidməti ilə birlikdə apardığı araşdırmadan da bəlli olub ki, işğalçı ölkədə uşaqların 72 faizi pis şəraitdə böyüyür. BMT-nin proqnozlarına görə isə, yaxın gələcəkdə Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək. Qurumun Əhali Fondunun Ermənistan ofisinin nümayəndəsi Qarik Ayrepetyan bildirib ki, Ermənistan əhalisi son 10 ildə sürətlə azalıb. Bunun əsas səbəbləri doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir. Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərazində 25 mini keçib. Əhalinin xaricə axınının qarşısını almaq üçün sosioloq Aram Adıbekyan 150 milyard dram vəsait lazım olduğunu açıqlayıb. Əks təqdirdə miqrasiya ölkədə ən ciddi problem olaraq qalacaq və daha ağır fəsadlarla nəticələnəcək.
Ermənistanın “herkt.armenian” xəbər portalı isə işğalçı ölkənin bir milyona yaxın vətəndaşının səfil gündə yaşaması haqda məlumat yayıb. Bildirilir ki, onların 300 min nəfərini, yəni 41,4 faizini uşaqlar təşkil edir. Ermənistanın milli sərvəti əhalinin yalnız 3,2 faizinin əlindədir. Hakimiyyət komandasının fərasətsizliyi isə problemlərin daha da dərinləşməsini şərtləndirir. Belə ki, rəsmi statistik məlumata əsasən, ilin 9 ayı ərzində ticarət dövriyyəsi illik hesabla 33 faiz aşağı düşüb. Bunun əsas səbəblərindən biri Ermənistan iqtisadiyyatında davam edən tənəzzüldürsə, digər mühüm amil xarici transfertlərin ümumi həcminin azalmasıdır. Ölkədə əsas qida məhsullarının qiymətləri ötən illə müqayisədə 4 dəfə bahalaşıb. Ekspertlər bunu enerji tariflərinin 17 faiz artması ilə əlaqələndirirlər.
Ermənistanda çirkli pulların yuyulması faktları, fırıldaqçılıq, qaçaqmalçılıq...
“Tert.am” saytında yer alan məqalədə isə qeyd edilib ki, Ermənistanın borcları 5 milyard 400 milyon dollara çatıb. Bu isə kiçik büdcəyə sahib bir ölkə üçün kifayət qədər böyük məbləğdir. Ermənistan Mərkəzi Bankı məsələ ilə bağlı artıq həyəcan təbili çalır. Bildirilir ki, ölkənin xarici borcu gəlirləri 80 faiz üstələyir. Bu da son 5 ilin ən böyük göstəricisi hesab olunur. Bir yandan da yeni kredit müqavilələri imzalanır. Götürülən pullar isə problemlərin həlli əvəzinə, mənimsənilir. Avropa Şurası Ermənistanı bu istiqamətdə sərt tədbirlər görməyə çağırıb. Beynəlxalq ekspertlər Ermənistanda çirkli pulların yuyulması faktları üzrə araşdırma prosesində ciddi nöqsanlar aşkarlayıblar. Fırıldaqçılıq, vergidən yayınma, qaçaqmalçılıq və oğurluq Ermənistanda çirkli pulların yuyulması baxımından adi haldır. Bu səbəbdən də Dünya Bankı Ermənistana xəbərdarlıq edib. Əgər bu ölkədə Vergi Məcəlləsi dəyişdirilməzsə, Ermənistan noyabrda keçiriləcək iclasda kredit ayırmalarından kənarda qalacaq.
“Sağ qolu” da Sarkisyandan üz döndərdi
Əlbəttə ki, işğalçı ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə daha da ağırlaşması iqtidar daxilində ciddi narazılıqların yaranmasına səbəb olur. Bu günə qədər bir neçə yüksək çinli məmurun Sarkisyanın “batan gəmi”sini tərk etməsindən sonra kriminal rejimin rəhbərinə bir zərbə də Viktor Dallakyandan gəlib. Belə ki, Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezident Administrasiyası rəhbərinin müavini V.Dallakyan vəzifəsindən istefa verib. “News.am” saytının yaydığı məlumata görə, V.Dallakyan hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) üzvlüyündən çıxdığını və aktiv siyasətə qayıtdığını bildirib. Bununla yanaşı, o, 2017-ci ildə keçiriləcək parlament seçkilərində aktiv iştirak edəcəyini açıqlayıb. Xarici ölkələrin Ermənistandakı səfirlərinə müraciətində V.Dallakyan bəyan edib ki, onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, “buna görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır”.
Ermənistanda qubernatorlar arasında da kütləvi istefalar başlayıb. Erməni cəmiyyəti isə bunu Sarkisyan rejiminin növbəti oyunu kimi dəyərləndirir. Analitiklərin fikrincə bu istefaların səbəbi ölkənin son 25 ildə qarşılaşdığı və artıq sümükləşmiş iqtisadi, sosial problemlərin həll edilə bilinməməsi və son zamanlarda ölkədə cərəyan edən siyasi hadisələrlə bağlıdır. Vəzifədən istefa verən Syunik vilayətinin qubernatoru Surik Xaçatryanın qızı Svetlana mətbuata açıqlamasında Sarkisyan hakimiyyətini kəskin tənqid edib: “Artıq 20 ildir ki, bizi kəmsavad insanlar idarə edirlər. Onlar Syunikə savadsız rəhbər gətirməklə bu müqəddəs torpağı murdarlamağa çalışırlar”.
Bütün bunlar isə Ermənistanın daxili və xarici platformada yeni siyasi böhrana sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə daha ciddi problemlərin baş verəcəyi gözləniləndir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

