Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / NATO İranla təmaslara baş vurub

NATO İranla təmaslara baş vurub

30.03.2009 [10:59]

Tehran dövlət televiziyası İran diplomatlarıyla NATO rəsmiləri arasında danışıqlar getdiyini təsdiq edib. “Media forum” saytının məlumatına görə, İranın Belçikadakı səfirliyi vasitəsilə həyata keçirilən danışıqlar İranda islam inqilabından sonra NATO ilə Tehran arasında ilk rəsmi təmas sayılır. Danışıqların mövzusu da bəllidir: Əfqanıstan. NATO Əfqanıstanda qayda-qanunun yaradılmasında və Taliban qruplaşmasına bağlı terrorçuların fəaliyyətlərinin daralmasında İranın imkanlarına bel bağlayır. Talibana baxışda Qərblə İranın mövqeyi üst-üstə düşür. NATO kimi, İran da Taliban qruplaşmasının fəaliyyətini bölgə üçün təhlükəli sayır. Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi gündən rəsmi Tehranın bu qruplaşmaya münasibəti mənfi olub. Odur ki, NATO hazırda bu durumdan öz məqsədi üçün yararlanmağa üstünlük verib. NATO-nun İranla təmaslara başlamasının arxasında ABŞ-ın nəfəsi duyulur. Barak Obama prezident seçildiyi gündən İranla təmaslara yol axtarır. ABŞ prezidentinin Novruz bayramı münasibətilə İran xalqını təbrik etməsi rəsmi Tehranı çaşdırıb. İllərdir Amerikanın embarqosundan qurtulmağa çalışan Tehran Obamanın bu jesti qarşılığında nə deyəcəyi üzərində baş sındırır. Hər halda buzlar ərimək üzrədir. Əgər iranlı diplomatlar NATO ilə Əfqanıstanın gələcəyini müzakirə edirlərsə, deməli, Tehran-Vaşinqton təmaslarının başlanacağı gün də uzaqda deyil.

Paylaş:
Baxılıb: 1336 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30