Ermənistanda indi də su qiyamı
11.07.2015 [10:09]
İşğalçı ölkədə elektrik enerjisi tariflərinin ardınca suyun qiymətinin də artırılması əhalinin kəskin etirazına səbəb olub
İşğalçı Ermənistan sosial-iqtisadi problemlər içərisində boğulmaqdadır. Sarkisyan rejiminin həyata keçirdiyi siyasət artıq ölkə əhalisinin səbrini daşırıb. Məhz bu səbəbdəndir ki, Ermənistanda insanlar kütləvi etiraz aksiyalarına başlayıblar. Bu günlərdə paytaxt Yerevanda və digər bölgələrdə etiraz aksiyalarının böyük vüsət alması deyilənləri təsdiqləyir.
Hazırda Ermənistan, demək olar ki, ən kəskin iqtisadi problemlərlə üz-üzədir. Hakimiyyətin gərginliyin azaldılması, dərin iqtisadi böhranın aradan qaldırılması, tənəzzül meyillərinin qarşısının alınması üçün heç bir tədbir görməməsi isə vəziyyəti daha da gərginləşdirir, işğalçı ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyur. Onu da qeyd edək ki, Ermənistanda elektrik enerjisi tariflərinin yüksəldilməsi ilə əlaqədar start götürən aksiya artıq siyasi xarakter almağa başlayıb. Aksiya iştirakçıları prezident Serj Sarkisyana etibar etmədiklərini bildirib, onun dövlət başçısı kimi etibarlılığının parlamentdə səsverməyə çıxarılmasını istəyiblər. Aksiya zamanı “Ona etibar etmirik, çünki o, xalq haqda fikirləşmək istəmir” - kimi şüarlar səsləndirilib.
Yeri gəlmişkən, Ermənistanın tanınmış politoloqu, sabiq prezidentliyə namizəd Andrias Qukasyan vətəndaşları ona qoşulmağa çağırıb. Lakin bu dəfə müxalifətçi əhalini Baqramyanda deyil, ölkənin ikinci ən iri meydanında - “Azadlıq”da toplaşmağa səsləyib. Və beləcə işğalçı ölkədə yeni etiraz aksiyasına start verilib. Artıq meydanda olan bir qrup fəal Qukasyana qoşulub.
Hadisələrin bu axarla inkişaf etdiyi ərəfədə Ermənistanda bu dəfə də su qiyamı başlayıb. Belə ki, Ermənistanın ictimai xidmətlərin nizama salınması üzrə Komissiyanın növbəti iclasında Yerevanda, paytaxtətrafı qəsəbə və kəndlərdə içməli suyun tarifləri ilə bağlı məsələyə baxılıb. İclasda həmin ərazilərdə suyun istifadəsinin yenidən tənzimlənməsi, su təminatının gücləndirilməsi və əhaliyə daha yaxşı su xidmətinin göstərilməsi üçün “Yerevan-cur” Qapalı Səhmdar Cəmiyyətinin tariflərin qaldırılması ilə bağlı təklifi müzakirəyə çıxarılıb. Qərarda suyun qiymətinin 2,4 dram artırılması nəzərdə tutulub. Yeni qərarın bu il avqustun 9-dan qüvvəyə minməsi nəzərdə tutulub. Bu isə sadə erməniləri daha da qəzəbləndirib. Öz növbəsində, “Talana yox!” etiraz aksiyasının təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan deyib ki, hakimiyyətin bu ikibaşlı oyunbazlığı yeni qiyamın başlaması üçün ən yaxşı əsasdır. Onun sözlərinə görə, iki həftədir elektrik enerjisi qiymətlərinin artımına qarşı xalq fasiləsiz mübarizə aparır, amma görünən odur ki, bu, Serj Sarkisyanın dəstəsi üçün yaxşı dərs olmadı. İndi ictimaiyyət, əhali növbəti addımı ilə onlara yaxşı dərs verəcək.
Beləliklə, son məlumatlara görə, yenidən etirazçılar Yerevandakı “Azadlıq” meydanına toplaşıblar. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı xəbərdə bildirilir ki, meydan çoxsaylı polis əməkdaşları ilə əhatə olunub. Aclıq aksiyası keçirən “İrs” partiyasının mətbuat katibi David Sanasaryan aksiya iştirakçılarının Baqramyan prospektinə tərəf hərəkət edib-etməyəcəklərinə daha sonra qərar verəcəklərini bəyan edib. Xatırladaq ki, polis iyulun 6-da aksiya iştirakçılarına zor tətbiq etməklə, Baqramyan prospektini boşaldıb. Bundan hiddətlənən aksiya iştirakçıları daha sonra Yerevandakı “Azadlıq” meydanına tərəf hərəkət ediblər.
Təbii ki, baş verənlər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Daha doğrusu, görünən odur ki, Sarkisyan başda olmaqla hazırkı prezident komandası prosesləri nəzarətdə saxlaya bilmir. Bir sözlə, heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

