Ermənistan ordusunda vəziyyət daha da ağırlaşır
02.04.2015 [09:42]
Sarkisyan hakimiyyəti özünün işğalçılıq siyasətinin ağır fəsadlarını yaşamaqdadır
20 ildən artıqdır Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneçilik törədir. Məhz bunun nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində zaman-zaman alternativ yollar, o cümlədən, müharibə variantı da gündəmə gəlir. Öz növbəsində hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini bəyan edən Azərbaycan bununla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi üçün digər variantlardan da istifadə etməyə hazırdır. Məhz buna görə də, Azərbaycanda dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitin artırılması istiqamətində davamlı tədbirlər görülür.
Eyni zamanda, Azərbaycanın güclənməsi fonunda işğalçı Ermənistanda tamamilə əks göstəricilər qeydə alınır. İşğalçı ölkədə bütün sahələrdə böhranlı vəziyyət hökm sürür və bu, Ermənistan ordusuna da sirayət edib. Bunun nəticəsidir ki, hərbçilər davamlı olaraq erməni ordusunu tərk edirlər. Artıq Ermənistanın üzləşdiyi demoqrafik problem nəticəsində əhalinin sürətlə işğalçı ölkəni tərk etməsi ilə bağlı faktlar bütün dünyaya məlumdur. Belə ki, Ermənistanda orduya çağırışçıların sayı ildən-ilə azalır və hətta artıq xəstələr belə hərbi xidmətə cəlb olunur. Maddi-texniki təchizatdan məhrum olan işğalçı ordu diz çökmək üzrədir.
Yeri gəlmişkən, hələ bir müddət öncə işğalçı ölkədə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının yerli komitəsi də bəyan etmişdi ki, hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərirlər. O da vurğulanırdı ki, Ermənistan ordusunda əsgər ölümünün sayı artıq kütləvi xarakter almağa başlayıb. Ölkədəki “Əsgər anaları” İctimai Birliyi və digər qeyri-hökumət təşkilatları da faktları tədqiq edərək bildirirlər ki, orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər keçən gün Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhdetmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artır. Bütün bunlar, həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özü də bu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir.
Elə bir neçə il öncə Britaniyanın “Oksford” Təhqiqatlar Mərkəzinin Ermənistan ordusunda baş verən özbaşınalıqlar haqqında hazırladığı hesabatda da bu məsələyə xeyli yer verilmişdi. Hesabatda qeyd olunurdu ki, əsgərlər hərbi əməliyyatlarda iştirak etmədiyi halda dünyasını dəyişir və bunun səbəbi Ermənistan ordusunda baş alıb gedən cinayət hallarıdır. Sənədə əsasən, gənc əsgərlər qanunsuz əmrləri yerinə yetirməyə məcbur edilir, alçaldıcı işlərdən imtina edənlər isə vəhşicəsinə döyülərək qətlə yetirilirlər. Bu səbəbdən də ordunu tərk edənlərin sayı artmaqdadır. İctimaiyyətin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir, Ermənistan rəhbərliyi baş verən mənfi halların qarşısını almağa cəhd etsə belə, buna nail ola bilmir. Hazırda Ermənistan ordusunda hərbi nizam-intizamdan, əsgər və zabitlərin döyüş bacarığından söhbət gedə bilməz. Yaranmış bu vəziyyət gənclərin hərbi xidmətdən yayınmalarına gətirib çıxarır. Məlumatlara əsasən vəziyyət o həddə çatıb ki, hərbi qulluqçuların çatışmazlığı səbəbindən işğalçı Ermənistan Azərbaycanla sərhəddə mülki şəxslərdən istifadə etmək məcburiyyətində qalıb.
Sonda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi və hərbi gücünün artması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlarda mövqeyinin möhkəmlənməsi, həmçinin, ölkəmizin mövqeyini beynəlxalq müstəvidə dəstəkləyənlərin sayının artması Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurur. Üstəlik, son zamanlar cəbhə xəttində erməni təxribatçı qruplarının Azərbaycan ordusu tərəfindən məhv edilməsi, düşmənin ciddi itkilər verməsi işğalçı Ermənistan hakimiyyətini təlaşa salıb. Elə erməni tərəfinin bir-birinin ardınca bəyanatlar, əsassız iddialar səsləndirməsi də işğalçıların çıxılmaz vəziyyətə düşməsindən xəbər verir. Bir sözlə, Sarkisyan hakimiyyəti özünün işğalçılıq siyasətinin ağır fəsadlarını yaşamaqdadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

