Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp ABŞ aviaşirkətlərinə Livana birbaşa uçuşları bərpa etməyə icazə verib

Tramp ABŞ aviaşirkətlərinə Livana birbaşa uçuşları bərpa etməyə icazə verib

22.07.2026 [13:52]

ABŞ Prezidenti Donald Tramp Amerika aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verilməsi barədə göstəriş verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

Bildirib ki, Livan Prezidenti Cozef Aunla görüşündən sonra administrasiyasına ABŞ aviaşirkətlərinin Livana uçuşlarının bərpasına şərait yaratmaq barədə tapşırıq verib. Onun sözlərinə görə, bu addım amerikalıların Livana səfərlərini asanlaşdırmaq məqsədi daşıyır.

Tramp digər ölkələrin də ABŞ-nin bu qərarını nümunə götürəcəyinə ümid etdiyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının İsrail və Livan, eləcə də Suriya ilə bağlı diplomatik təşəbbüsləri çərçivəsində regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30