Fransada inklüziv təhsil böhranı: 48 mindən çox əlilliyi olan şagird müşayiətçisiz qalıb
11.02.2026 [22:28]
Fransada inklüziv təhsilin həyata keçirilməsi ilə bağlı çətinliklər davam edir. Milli Təhsil Nazirliyinin məlumatlarına görə, ötən tədris ilinin əvvəlində əlilliyi olan 48 min 726 əlilliyi olan şagird müşayiətçi ilə təmin olunmayıb. Bu rəqəm Departament Əlillik evləri (MDPH) tərəfindən müşayiət qərarı verilmiş təxminən 352 min şagirdin 14,2 faizinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu narahatedici göstəricilər Milli Assambleyada sosialist partiyasından olan deputat Fatiha Kelua Haşi tərəfindən gündəmə gətirilib. Deputat vəziyyətin 2024-cü illə müqayisədə daha da pisləşdiyini bildirib və müşayiətsiz qalan şagirdlərin sayının bir il ərzində 35 faiz artdığını vurğulayıb. Sözügedən məlumatlar parlamentin istintaq komissiyasının işi çərçivəsində hazırlanıb və komissiyanın məruzəçisi Sebastyən Sən-Pastör tərəfindən açıqlanıb.
Fatiha Kelua Haşi müşayiətçi çatışmazlığının ağır nəticələrə səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox uşaqlar faktiki olaraq təhsildən kənarda qalır, valideynlər isə iş qrafiklərini dəyişməyə və ya peşə fəaliyyətlərini tamamilə dayandırmağa məcbur olurlar. Eyni zamanda, müəllimlər də artıq yüklənmiş siniflərdə işləmək məcburiyyətində qalırlar. Deputat müşayiətçilərin zəif status və aşağı maaş problemi ilə üzləşdiyini xatırladaraq, onların dövlət qulluqçusu statusu, iş vaxtı və peşə hazırlığı ilə bağlı genişmiqyaslı islahatın başlanmasına çağırıb.
Hökumət adından cavab verən milli təhsil naziri Eduard Joffre isə müşayiətçilərin inklüziv məktəbdə həlledici rol oynadığını bildirib. O qeyd edib ki, 2017-ci ildən bəri müşayiətçilərin sayı 68 faiz artıb və bu peşə milli təhsil sistemində ikinci ən geniş yayılmış iş sahəsinə çevrilib. Nazir, həmçinin son iki ildə onların əməkhaqlarının 13 faiz artırıldığını və üç ildən sonra müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunduqlarını xatırladıb. Onun sözlərinə görə, müşayiət hüququ verilən uşaqların sayı hər il 10–13 faiz artır ki, bu da sistem üzərində ciddi təzyiq yaradır. Nazir vurğulayıb ki, inklüziv təhsil yalnız fərdi insan müşayiəti ilə məhdudlaşmamalı, eyni zamanda, pedaqoji və maddi əlçatanlıq prinsipləri gücləndirilməlidir.
Nazir, həmçinin təhsil və tibbi-sosial marşrutlar arasındakı uyğunsuzluqlara diqqət çəkib. Onun sözlərinə görə, minlərlə şagird, əslində, tibbi-pedaqoji institutlara aid olsa da, adi məktəb sistemində təhsil almaqda davam edir. Müşayiətçilərin dövlət qulluqçusu statusuna keçirilməsi məsələsinə gəlincə, nazir bu variantın araşdırılacağını, lakin iş vaxtı və coğrafi mobillik baxımından çətinliklər yaratdığını bildirib.
Mövcud vəziyyət fonunda “Hamı üçün inklüziv məktəb” (Une École Inclusive pour Tous) assosiasiyası MDPH qərarlarının yerinə yetirilməməsi səbəbilə onlarla məhkəmə iddiaları qaldıracağını elan edib. Bu addım Fransada inklüziv təhsilin tətbiqi ətrafında davam edən dərin narazılığı və struktur böhranı bir daha üzə çıxarır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

