Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Norveçdə yaşı təxminən 800 il olan qızıl üzük aşkar edilib

Norveçdə yaşı təxminən 800 il olan qızıl üzük aşkar edilib

17.01.2026 [13:42]

Norveçin Tönsberq şəhərində arxeoloqlar yaşı təxminən 800 il olan unikal tapıntı — qızıl üzük aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, artefakt torpaq qatından təxminən 7 santimetr dərinlikdə arxeoloq Linda Osxeym tərəfindən tapılıb və Norveçin Mədəni İrs Araşdırmaları İnstitutunda (NIKU) artıq “arzuların tapıntısı” adlandırılıb.

Üzüyün yerləşdiyi torpaq qatının tarixi bəlli deyil. Lakin arxeoloqlar üzüyün üzərində kiçik bir şam budağı aşkar ediblər. Bu budaq üzvi materialların yaşının müəyyən edilməsi üçün istifadə olunan radiokarbon analizi metodu ilə səciyyələndirilib. Analiz göstərib ki, budaq 1167–1269-cu illəri əhatə edən dövrə aiddir. Buna görə də, ehtimal olunur ki, üzük daha qədimdir, çünki o, budaqdan aşağı torpaq qatında yerləşib.

Üzük qızıldan hazırlanıb, mavi rəngli, oval formalı, ehtimal ki, sapfiri imitasiya edən şüşə daşla bəzədilib, həmçinin filiqran və qranulyasiya üsulları ilə zəngin dekorasiya olunub.

Mütəxəssislərin fikrincə, üzük cəmiyyətin ali təbəqəsinə mənsub bir qadına aid olub. Bu cür tapıntılar olduqca nadirdir. Norveçin milli məlumat bazasında orta əsrlərə aid 63 qızıl üzük qeydə alınıb və Tönsberqdə son 15 il ərzində belə bir bəzək əşyası ilk dəfə aşkar edilib.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30