Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

14.01.2026 [20:33]

Finlandiya hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyə hazırlaşır.

AZƏRTAC “Helsingin Sanomat” nəşrinə istinadla xəbər verir ki, bunu Baş nazir Petteri Orpo deyib. “Uşaqların və gənclərin hərəkətsizliyi çox narahatedicidir. Mən buna çox ciddi yanaşıram”, - deyə o bildirib.

Orpo vurğulayıb ki, ekran qarşısında vaxt keçirmək uşaqları fiziki fəaliyyətdən məhrum edir və bu da onların sağlamlığına mənfi təsir göstərir. Baş nazirin sözlərinə görə, ictimai sağlamlığın yaxşılaşdırılması şəxsi rifahla yanaşı, milli iqtisadiyyatı da gücləndirir. O, fikrini Finlandiya alimlərinin fiziki hərəkətsizliyin cəmiyyətə ildə 3 milyard avroya başa gəldiyini göstərən bir araşdırması ilə əsaslandırıb.

Baş nazir sosial mediadan istifadəyə məhdudiyyətlərlə bağlı beynəlxalq təcrübəyə istinad edərək vurğulayıb ki, Danimarka, Fransa və Norveç artıq oxşar qadağalar tətbiq edib, ya da bunu etməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30