Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir

17.12.2025 [20:46]

Avtomobil idarə edərkən spirtli içki və narkotik maddələrin istifadəsi ilə bağlı ən sərt siyasətimizə baxmayaraq Gürcüstan yol-nəqliyyat hadisələrinin və ölümlərin sayına görə Avropada birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze söyləyib.

Onun sözlərinə görə, qanunlara edilən dəyişikliklə qaydalar bir qədər də sərtləşdirilir. Nazir müavini deyib ki, dəyişikliklərə əsasən alkoqol təsiri altında avtomobil idarə edən insanlar üçün hər cür güzəştli sistemlər ləğv edilir.

“Bir çox insanın, məsələn, 3 aydan sonra sürücülük vəsiqələrini tələb edib bərpa edəcəkləri gözləntisi var idi, lakin daha bu mexanizm mövcud olmayacaq. Həmçinin, əfv fərmanı ilə əfv edilənlər inzibati cəzalardan tam azad edilməyəcəklər. Xüsusilə, əgər onlar cərimə olunublarsa, onu ödəməli olacaqlar. Onlar, həmçinin cəzaya məruz qalmış hesab olunurlar, eyni əməli bir il ərzində təkrar törədirlərsə, daha sərt cəzalar tətbiq olunacaq”, - deyə nazir müavini qeyd edib.

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31