Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Podul” qasırğası Tayvanın cənubunu vurub

“Podul” qasırğası Tayvanın cənubunu vurub

14.08.2025 [09:46]

Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul” cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağından keçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.

“Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək. Çinin cənub və cənub-qərbində cümə gününə qədər güclü yağışlar gözlənilir, çünki qasırğanın qalıqları ölkə daxilində hərəkət edir”, - deyə Çin Meteorologiya Bürosu məlumat yayıb.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30