BMT rəsmisi: İrana maliyyə yardımının artırılması zərurəti yaranıb
01.07.2025 [19:05]
BMT-nin İrandakı rezident-əlaqələndiricisi Stefan Prisner iyulun 1-də Cenevrədə keçirdiyi mətbuat konfransında verdiyi bəyanatda bildirib ki, İsraillə münaqişədən sonra təşkilatın ölkəyə humanitar və inkişaf yardımı büdcəsi ikiqat artırılmalıdır.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Stefan Prisner beynəlxalq ictimaiyyətin İrana daha çox maliyyə yardımı ayıracağına ümid etdiyini bildirib. Hazırda BMT-nin 2025-ci il üçün büdcə tərtib etdiyini diqqətə çatdıran BMT-nin rezident-əlaqələndiricisi əlavə edib: “Dəqiq olaraq nə qədər ehtiyacımız olduğunu söyləmək üçün bir az tezdir. Amma şübhəsiz ki, maliyyənin ikiqat artacağını gözləyirik”.
Onun sözlərinə görə, keçən il BMT-nin İranda inkişaf və humanitar məsələlər üçün büdcəsi 75 milyon dollar olub; qaçqınlar üçün təxminən 50 milyon dollar, inkişaf proqramı üçün isə 25 milyon dollar ayrılıb.
İranda təxminən 3,5 milyon qaçqın var və onların əksəriyyəti Əfqanıstandandır.
Prisner bildirib ki, 2022-ci ildə BMT və İran hökuməti ictimai sağlamlıq, sosial-iqtisadi dayanıqlılıq, ətraf mühitin mühafizəsi, fəlakətlərin azaldılması və idarə olunması, narkotiklərin qanunsuz dövriyyəsinə nəzarət üzrə beşillik proqram üzrə razılığa gəliblər. O əlavə edib ki, iyunun 30-da BMT-nin İrandakı strukturları fəaliyyətini bərpa edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

