Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran XİN Avropa ölkələri ilə danışıqlar aparılacağını təsdiqləyib

İran XİN Avropa ölkələri ilə danışıqlar aparılacağını təsdiqləyib

19.06.2025 [22:46]

İranın xarici işlər naziri Abbas Ərağçi Avropanın üç ölkəsindən olan həmkarları ilə iyunun 20-də Cenevrədə danışıqlar aparacağını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. “Biz cümə günü Cenevrədə Avropa nümayəndə heyəti ilə görüşəcəyik”, - deyə iranlı nazir bildirib.

Onun sözlərinə görə, danışıqlar Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri İohan Vadeful, Jan-Noel Barro və Devid Lamminin iştirakı ilə keçiriləcək. Ərağçi qeyd edib ki, danışıqlarda Avropa Komissiyasının nümayəndəsi Kaya Kallas da iştirak edəcək.

Bundan əvvəl “Reuters” agentliyi belə bir görüş barədə məlumat vermiş və danışıqların nüvə məsələsinə aid olacağını bildirmişdi.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30