Ermənistan gəncləri ölkələrinin gələcəyinə inanmırlar
22.08.2013 [12:09]
Rəyi soruşulan gənclərin 78,5 faizi Ermənistanı tərk etmək istədiklərini bildirib
Ermənistanı cənginə alan sosial-iqtisadi böhran tendensiyası daha da sürətlənib. İşğalçı ölkəyə rəhbərlik edən hərbi xuntanın həyata keçirdiyi irrasional və yarıtmaz siyasət nəticəsində işğalçı ölkədə, demək olar ki, bütün sahələrdə xaotik durum yaranıb. Həmçinin, hökm sürən iqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib.
Əlbəttə ki, bütün bunların əsasında hakimiyyətdə olan hərbi xuntanın istinad etdiyi daxili və xarici siyasət kursu dayanır. Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu səciyyələndirilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Qeyd etmək lazımdır ki, bu durum cəmiyyətdaxili münasibətlərə də mənfi təsir göstərməkdədir və ağır vəziyyətdən ən çox əziyyət çəkən ailələrdir. Hətta iş o yerə çatıb ki, işğalçı ölkədə ailə qurmaq istəyənlərin sayında azalma qeydə alınıb. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar-iyun aylarında ölkədə 8822 nikah rəsmiləşib. Ötən ilin ilk yarısında bu rəqəm 9217 olub. Boşanmalara gəlincə, 2012-ci ilin birinci yarısında 1596 boşanma qeydə alınıb, bu il həmin rəqəm 1822-yə yüksəlib. 2013-cü ilin birinci yarısı Ermənistanda nikaha girənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb, boşanmalar isə 14,2 faiz artıb.
Ermənistan gəncləri də ölkələrinin gələcəyinə inanmırlar. Bu ölkədə fəaliyyət göstərən Milli Birlik Cəmiyyəti gənclər arasında sosioloji sorğu keçirib. Sorğunun əsas məqsədi gənclərin Ermənistana bağlılığını və onların ölkədə qalıb-qalmamalarını öyrənmək olub. Sorğunun nəticələri acınacaqlı olub. Belə ki, rəyi soruşulan gənclərin 78,5 faizi Ermənistanı tərk etmək istədiklərini bildirib. Onlar bunu Ermənistanın iqtisadi vəziyyətinin iflic olması, işsizliyin tüğyan etməsi, ali təhsilli gənclərin əksəriyyətinin iş tapa bilməməsi, əhalinin böyük bir hissəsinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər.
Vurğulamaq gərəkdir ki, bu durumun fonunda ölkə vətəndaşlarının miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Mövcud demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bu durumu şərh edən politoloq Ruben Yeqanyan bildirib ki, əhali arasında hakimiyyətə qarşı inamsızlıq və tam etinasızlıq var. Ermənilər üçün yeganə çıxış yolu miqrasiyadır. Onun sözlərinə görə, məmurlar yalnız öz ciblərini düşünürlər: “Şəxsən mən və mənim kimi çoxları istəmir ki, uşaqları burada böyüsünlər. Onlar üçün Ermənistanda gələcək yoxdur”.
Eyni zamanda, işğalçı ölkə ekspertləri başlıca diqqəti yoxsulluq məsələsinə çəkməkdədirlər. Belə ki, Ermənistan rəsmiləri son iki ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdığı barədə dünyaya car çəksələr də, iqtisadiyyatın getdikcə iflic vəziyyətə düşməsi, ölkəni tərk edənlərin sayının ildən-ilə artması, ağır kənd təsərrüfatı işlərində yalnız qadınların çalışması bunun əksini deyir. Bununla yanaşı, bir çox erməni ekspertləri bildirirlər ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırmaqdadır. Məhz bu, Ermənistanın perspektivini sual altına alan başlıca faktorlardandır.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32

