Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveçrədəki kənd 1 milyon kubmetr qaya sürüşməsi təhlükəsi səbəbindən təxliyə edilib

İsveçrədəki kənd 1 milyon kubmetr qaya sürüşməsi təhlükəsi səbəbindən təxliyə edilib

19.05.2025 [18:35]

İsveçrənin cənub-qərbindəki Vale Alp kantonunun hakimiyyət orqanları bir milyon kubmetrə qədər qaya sürüşməsi təhlükəsi ilə əlaqədar Blatten kəndinin 300 sakininin dərhal təxliyə edilməsi barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, “Alertswiss” milli xəbərdarlıq sistemi vasitəsilə təxliyə barədə məlumat verən yerli hakimiyyət orqanlarının məlumatına görə, qar və buzların əriməsi nəticəsində yaxınlıqdakı Berç və Nestorn buzlaqlarının qeyri-sabitliyi səbəbindən çökmə riski labüddür.

Həftəsonu ərazidəki kiçik şəhərlərin 100-ə qədər sakini və turistlər artıq təxliyə edilib.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son məlumatlarına görə, iqlim dəyişikliyi səbəbindən İsveçrənin buzlaqları cəmi iki il ərzində öz buzlarının təxminən 10 faizini itirib.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31