Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gəlib
15.05.2025 [16:37]
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, danışıqların aparılacağı İstanbuldakı Prezident ofisinin ərazisində təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Silahlı əsgərlər perimetr boyu növbətçilik edirlər, təhlükəsizlik qüvvələrinin maşınları yaxınlıqda yerləşir, maşınlardan biri su şırnaqları ilə təchiz olunub. Binanın ətrafı jurnalistlər tərəfindən mühasirəyə alınıb. Danışıqların axşamüstü başlayacağı gözlənilir.
Ötən axşam Rusiya Prezidenti Vladimir Putin danışıqlara hazırlıqla bağlı iclas keçirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu iclasda danışıqlar qrupunun üzvlərindən əlavə, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Milli Qvardiyasının rəisi Viktor Zolotov, Baş Qərargah rəisi Valeri Gerasimov, FTX-nin direktoru Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak ediblər.
Bundan əvvəl Vladimir Putin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin və ekspert qrupunun tərkibini təsdiqləyib. Nümayəndə heyətinin rəhbəri Prezidentin köməkçisi Vladimir Medinski təyin edilib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahı Baş idarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.
Ekspert qrupunu Baş Qərargahın İnformasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezidentin Humanitar siyasət idarəsinin rəis müavini Yelena Podobreevskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci Departamentinin direktoru Aleksey Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin rəis müavini Vitali Şevtsov təmsil edirlər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

