Ağır allergiyalardan biri...
02.05.2025 [08:37]
Ümumdünya Astma ilə Mübarizə Günüdür
Dünyada astma və digər allergik xəstəliklərdən əziyyət çəkənlərin sayı hər gün artmaqdadır. Bu gün astma dedikdə müxtəlif mənşəli təngnəfəslik başa düşülür. Astma uşaqlarda ən çox rast gəlinən xroniki xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 360 milyon insanın astma xəstəliyindən əziyyət çəkdiyi və hər il 400 mindən çox insanın xəstəlikdən öldüyü bildirilir.
Alimlər belə qənaətə gəliblər ki, bu xəstəliyin artmasının əsas səbəbi Qərb həyat tərzinin geniş yayılması, kənd əhalisinin şəhərlərə üz tutması, ağacların kəsilməsi, yaşıllığın azalmasıdır. İngiltərədə və Yeni Zellandiyada astma xəstəliyini “milli fəlakət” adlandırırlar.
Astma geniş yayılmış bir xəstəlik olduğu üçün maarifləndirmə məqsədi ilə hər il may ayının ilk həftəsi Ümumdünya Astma ilə Mübarizə Günü kimi qeyd edilir. GARD (Xroniki Tənəffüs Xəstəliklərinə Qarşı Qlobal Alyans) çərçivəsində hər il ictimaiyyət və səhiyyə işçiləri üçün təlim və maarifləndirmə toplantıları təşkil edilir.
Astmanın əlamətləri hansılardır?
Astma uzun müddətli bir ağciyər xəstəliyidir. Astma xəstələrində tənəffüs yolları həssasdır və müəyyən hərəkətverici təsirə məruz qaldıqda iltihablanır, daralır və nəfəsalmada çətinlik yaşanır. Astma adətən uşaqlıq yaşlarında başlayır, ancaq hər hansı bir yaşda astmanın inkişaf etməsi də mümkündür. Xəstəliyin yaranma səbəbləri tam aydın deyil, ancaq bilindiyi kimi, ekoloji və genetik amillər insanlarda astmanın inkişafında böyük rol oynayır. Astmanın başlanğıcı və əlamətləri insandan insana görə dəyişir.
Xəstəliyin müalicəsi...
Astma erkən mərhələdə, başqa sözlə, ağciyərlərə qalıcı ziyan vurmadan asanlıqla idarə oluna bilən bir xəstəlikdir. Xəstəliyi tamamilə müalicə etmək mümkün olmasa da, astma tutmalarını azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün müalicə üsulları mövcuddur. Bu müalicə növləri insanın yaşına, müalicəyə verdiyi reaksiyaya və yaşanan astmanın şiddətinə görə fərqlənə bilər.
Ağciyərlərə qalıcı ziyan vura bilər
Bronxial genişlənmə bronxodilatator dərmanlarla təmin edilərkən, antiinflamatuar dərmanlarla hücumların sayını azaltmaq məqsədi daşıyır. Dayanıqlı hallarda bioloji agentlərdən istifadə edilə bilər. Astma dərmanlarını həkim tərəfindən təyin olunan dozada və vaxtda istifadə etmək son dərəcə vacibdir. İnhalyasiya edilən dərmanların istifadəsi zamanı tam nəfəs almaq və nəfəsi bir müddət saxlamaq lazımdır. Yenidən istifadə etməzdən əvvəl ağciyərlərdəki hava tamamilə boşaldılmalıdır.
Astma ağciyərlərə qalıcı ziyan vura bilən mühüm bir sağlamlıq problemidir. Xəstəlik zəiflik, stress, narahatlıq, depressiya, öyrənmə problemləri, pnevmoniya, tənəffüs çatışmazlığı, ağciyərin qismən və ya tam çökməsi kimi ağırlaşmalara səbəb ola bilər.
Xəstəliyi nəzarətdə saxlamaq üçün nə etməli?
Astma nəzarətini çətinləşdirən bir sıra amillər var ki, onlar dərmanlardan düzgün və müntəzəm istifadə etməmək, yoluxucu infeksiyalar, allergenlər, siqaret tüstüsü və kimyəvi maddələr kimi qıcıqlandırıcılara məruz qalmaqdır. Araşdırmalar göstərib ki, xəstələrin dərmanlarını həkiminin tövsiyə etdiyi kimi qəbul etməsi, siqareti tərgitməsi, kök xəstələrin arıqlaması, sağlam və balanslı qidalanma, nizamlı olaraq idmanla məşğul olunması, nəfəs aldığı havanın təmiz olması astmaya nəzarəti asanlaşdırır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45

