Bəndər Abbasda partlayış - faktlar və fərziyyələr...
29.04.2025 [10:23]
Aprelin 26-da İranın Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 40 nəfər həlak olub, 1200-dən çox şəxs isə ağır bədən xəsarətləri alıb. İran KİV-inin məlumatlarında qeyd olunur ki, partlayışın səbəbi limandakı təhlükəli maddələr və kimyəvi materialların saxlandığı anbarda baş verən yanğın olub. Hadisəyə şahid olan yerli sakinlər bildirirlər ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Demək olar ki, şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzində təcili qan toplanması həyata keçirilib. İran hökumətinin sözçüsü Fatemeh Mohacerani yerli mətbuata bildirib ki, limanda yanğına qarşı mübarizə hələ davam edir və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülməkdədir. Hadisəyə İran Prezidenti Məsud Pezeşkian da münasibət bildirib - İranın dövlət rəhbəri aprelin 27-də Tehranda keçirilən Üçüncü İran-Afrika Əməkdaşlıq Sammitində çıxış zamanı bəyan edib ki, hökumətin aiddiyyatı orqanlarına Şəhid Rəcai limanında partlayışın səbəblərini ciddi şəkildə araşdırmaq üçün lazımi göstərişlər verilib. Qeyd edək ki, Prezident İlham Əliyev Bəndər Abbas limanında baş verən hadisəyə görə Məsud Pezeşkiana başsağlığı verib: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
Son hadisə terror aktıdır?
Qərb KİV-ləri qeyd edirlər ki, Şəhid Rəcai limanında baş verən partlayışa əsas səbəb Çindən göndərilən ammonium perklorat (NH4ClO4) kimyəvi maddəsi olub. “Associate Press”in məlumatına görə, ammonium perklorat raket yanacağının istehsalında istifadə üçün nəzərdə tutulub və İsrailin oktyabr ayında İrana qarşı həyata keçirdiyi hücumların ardından İranın raket ehtiyatlarını artırmaq məqsədilə ölkəyə gətirilib. Britaniyanın qlobal təhlükəsizlik analitik institutu - “Ambrey” “Associate Press”ə hadisə ilə bağlı şərhində bildirib ki, partlayışın baş verməsinə səbəb raket yanacağının düzgün idarə olunmaması olub. Amma İran hakimiyyətinin bəzi rəsmiləri Bəndər Abbasdakı böyük partlayışda ABŞ və İsrailin əlinin olduğunu iddia edirlər. Ekspertlər də son hadisənin ABŞ ilə İran arasında Oman vasitəsilə nüvə proqramı üzrə danışıqların getdiyi bir zamanda baş verməsini təsadüf hesab etmirlər. Bəziləri bunu məqsədyönlü şəkildə törədilmiş terror aktı hesab edirlər.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hadisənin səbəblərinin araşdırılması istiqamətində görüləcək işlər çox zaman aparacaq. “Rəsmi versiyaya görə, Bəndər Abbasdakı Şəhid Rəcai limanında partlayışa ballistik raketlər üçün bərk yanacaq istehsalı komponenti ilə düzgün davranılmaması səbəb olub. Eyni zamanda bu ilin yanvarında Qərb mediasında yayılan məlumatlarda bildirilir ki, ballistik raket yanacağının istehsalı üçün əsas komponentlərdən biri olan yüzlərlə ton ammonium perklorat Çindən İrana çatdırılıb. İran hakimiyyəti isə bu məlumatı rəsmən təkzib etmişdi. İranın Hörmüz boğazında mühüm liman şəhəri olan Bəndər Aftab neft emalı zavodu və donanma bazası da var”. Partlayışın terror aktı olub-olmamasına gəlincə, V.Zifəroğlu deyib ki, bu, uzun araşdırmalardan sonra məlum olacaq: “Nəzərə almaq lazımdır ki, bu cür hadisələrin baş verməsində həm yerli, həm də beynəlxalq siyasi və hərbi dairələr maraqlı ola bilər. Bəndər Abbas limanı regionda mühüm ticarət və hərbi nöqtələrdən biridir, buna görə də, hər hansı bir tərəfin bu tip hadisələri təşkil etməsi mümkün versiyadır. Son nəticədə, partlayışın kim tərəfindən törədildiyini və məqsədin nə olduğunu dəqiq müəyyənləşdirmək üçün daha çox araşdırma və zaman tələb olunur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45

