Qeyri-adi həyat yaşayanlar...
08.04.2025 [08:21]
Beynəlxalq Qaraçı günüdür
Onlar da yəhudilər kimi İkinci Dünya müharibəsi zamanı soyqırımla üzləşiblər. Sanki ikinci dərəcəli deyil, üçüncü dərəcəli insanlar kimi rəftarlara məruz qalıblar, tamamilə lazımsız, hətta təhlükəli hesab ediliblər. Müharibə zamanı nasistlər tərəfindən qətlə yetirilən qaraçıların ümumi sayı dəqiq məlum deyil. Ancaq hətta ən mühafizəkar hesablamalara görə, onların sayı 200 mindən 1,5 milyon nəfərə qədər dəyişir.
Bu gün Beynəlxalq Qaraçı günüdür. Bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib.
Dəqiq rəqəm bəlli deyil...
Qaraçılar Hind-Avropa mənşəli köçəri xalqlardandır. Onlar haqqında məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayıblar. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı alətləri istehsalı ilə məşğul olublar. Dünyada qaraçıların ümumi sayı haqqında dəqiq rəqəmlər göstərilmir. Bunun səbəbi də onların daim köçəri həyat tərzi sürməsi və çox ölkədə onların qeydiyyata alınmamasıdır. Onların böyük hissəsi rəsmi sənədi olmadan yaşayır.
Niyə qaraçıların öz ölkəsi yoxdur?
Qaraçılar Azərbaycandan tutmuş, Mərkəzi və Şərqi Avropaya qədər yayılıblar. Onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünüb. Lakin Avropaya haradan və nə üçün gəldikləri məlum deyil. Qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir.
Qaraçı dövlətinin heç vaxt yaranmaması ilə bağlı kimisə qınamaq çətindir. Tarixdə bir növ qaraçı dövlətinin mövcudluğunu göstərən bir nümunə var idi. Venesiya Respublikasının sənədlərinə görə, Korfu adasında (indiki Yunanıstan ərazisi) 1375-ci ildən Feudum Acinganorum, yaxud, Azərbaycanca desək, qaraçıların mülkü olub. Bu “mülkiyyət” müəyyən daxili müstəqilliyə malik olan bir sıra icmalardan ibarət idi.
Məsələn, hər bir icmanın öz məhkəməsi var idi, bir qayda olaraq, qaraçı baronlarından ibarət idi, hər hansı bir hökm çıxarmaq hüququna malik idi-ölümə qədər. Əhalinin əksəriyyəti isə hər növ sənətkarlıq və dəmirçiliklə məşğul olurdu.
Qaraçı “ölkəsi” Feudum Acinganorum 19-cu əsrin əvvəllərinə qədər davam edib. Sonra Venesiya Respublikası süqut edib və Korfu adası əvvəlcə Fransanın, daha sonra Rusiya və Türkiyənin tərkibinə daxil olub, sonra isə tamamilə İngiltərəyə keçib. Ancaq belə, etiraf edək ki, qanunvericilik və məhkəmə hakimiyyətinin iştirakı ilə oturuşmuş, tam hüquqlu qaraçı dövlətinin nümunəsi həqiqətən unikaldır!
1990-cı ildə Serokedə (Polşa) keçirilən IV Ümumdünya qaraçı Konqresində nasist soyqırımı qurbanlarına və onların nəsillərinə təzminat ödənilməsi məsələsi qaldırılıb və 2000-ci ildə Rusiyadan olan qaraçılar ilk dəfə Praqada keçirilən V Konqresdə iştirak ediblər. Və bu yalnız başlanğıc idi.
2012-ci ildə Belqradda keçirilən VIII Qaraçı qurultayında gələcəkdə qaraçı milli dövlətinin yaradılmasına çalışmaq qərara alınıb. Konqres çərçivəsində beynəlxalq qaraçı pasportunun modeli və pul vahidi olan lavoro qəbul edilib. Bir az əvvəl ümumi qaraçı bayrağı və himni seçilib. Bir az da irəli gedilsəydi, qaraçıların bayrağı, pasportu, milli valyutası olan öz ölkəsi olardı. Lakin müəyyən məqamda hər şey plan üzrə getməyib: belə dəyişikliklərdən narazı olanlar olub və VIII qurultay zamanı parçalanma baş verib. Yuxarıda göstərilən bütün qərarlarla razılaşmayanlar onları qeyri-qanuni elan ediblər və bu mənada qaraçı dövləti yaratmaq fikrindən əl çəkiblər.
Hipnoz etməyi yaxşı bilirlər...
Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçıları məşhur edən musiqi və rəqsdən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.
Qaraçıların ən sevimli yeməyi qızardılmış kirpidir. Bunu ən çox Polşa və Baltikyanı qaraçıları sevir. Sərxoş qaraçını görmək mümkünsüzdür. Qaraçılar spirtli içkini o qədər də qəbul etmir. Gənclərə isə böyüklərin yanında içmək qadağandır.
Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız “qoca qız” hesab edilir. Qaraçı ailələrində toy günü xeyli maraqlı olur.
Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38

