Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / NASA: “2024 YR4” asteroidi artıq Yer üçün ciddi təhlükə yaratmır

NASA: “2024 YR4” asteroidi artıq Yer üçün ciddi təhlükə yaratmır

26.02.2025 [21:55]

Təxminən bir futbol meydançası boyda olan “2024 YR4” asteroidi artıq Yer üçün ciddi təhlükə yaratmır.

AZƏRTAC AP agentliyinə istinadla xəbər verir ki, NASA-nın son təhlilinə əsasən, yaxın səkkiz il ərzində göy cisminin Yerlə toqquşması ehtimalı təxminən 0,004 faizdir. Bundan əvvəl NASA asteroidin planetimizlə toqquşma ehtimalının 3 faiz olduğunu proqnozlaşdırmışdı.

Agentlik qeyd edib ki, bu cür dəyişikliklərə səma cisminin davamlı müşahidələri səbəb olur ki, bu da mütəxəssislərə asteroidin trayektoriyasının daha dəqiq modellərini hesablamağa imkan verir.

NASA-nın açıqlamasında deyilir: "Son müşahidələr onun gələcək trayektoriyası ilə bağlı qeyri-müəyyənliyi daha da azaldıb və asteroidin 22 dekabr 2032-ci ildə ola biləcəyi mümkün yerlərin diapazonu Yerdən daha da uzaqlaşıb".

Bununla belə, Ay asteroidin yolunda ola bilər. NASA-nın son məlumatları göstərir ki, burada təsir ehtimalı 1,7 faizdir.

“2024 YR4” ilk dəfə 2024-cü il dekabrın 27-də Çilidəki El Sos Rəsədxanası tərəfindən müşahidə edilib. Parlaqlığına əsaslanaraq, astronomlar onun eninin 130 ilə 300 fut arasında olduğunu təxmin edirlər.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30